Qaşları necə gurlaşdırmaq olar?
Qaşlar, üzün çərçivəsidir. Buna görə üzümüzün əhəmiyyətli bir qisimini örtər. Biz qadınların etdiyi ən böyük səhv isə qaşlarımızı olduğundan çox naziltməkdir. Yaxşı, qaşlarım necə gurlaşar ? Qaşlarımı gurlaşdırmaq üçün nə etməliyəm deyirsinizsə buyurun təkliflərə..
Əgər gur qaşlara sahib olmaq istəsəniz qaşlarınızı aldırmayın. Çünki aldırılan qaş asan-asan əvəlki halına gəlməyəcək. Qaşlarınızı gurlaşdırmaq istəyirsinizsə nizamlı bir baxım tətbiq edin. Yəni bu demək olur ki bir gün krem və s. çəkib digər gün davam etməməzlik etməyin. Əvvəlcə qaşlarınızı almayın. Buraxın öz halına uzansın. Çox qisimlərini qayçı köməyi ilə kəsin.
İstifadə etdiyiniz kirpik üçün tuş bitdikdən sonra kirpik üçün tuş fırçasını yuyun. Fırça ilə gecə yatmadan əvvəl badam yağına batıraraq yavaşca masaj edin. Yavaş hərəkətlərlə aşağıdan yuxarı doğru hərəkətlər tətbiq edin. Bir başqa təklif isə vazelin istifadə etmək . Gecə yatmadan əvvəl qaşlarınızın seyrək yerlərinə vazelin tətbiq edin. Qaşları nəmləndirdiyi üçün hər duş sonrası və gecə yatmadan əvvəl çəkin. Duş qəbul etmədən əvvəl də vazelin çəkə bilərsiniz. Çünki quruyan dəri tökülmə edər. Qaşlarımızda nəmlənmədiyi zaman tökülər. Məqsəd burada nəmləndirməkdir.
Bir başqa həll təklifi isə hindqozu yağıdır. Hindqozu yağı qaş , kirpik və saçlarda uzadıcı xüsusiyyətə malikdir. Nəmləndirici xüsusiyyəti sayəsində gur qaşlara sahib olmaq çox asan. Yalnız nizamlı istifadə etməniz lazımdır. Hindqozu yağını günəşli bir yerdə gözlədərək maye hala gətirsəniz daha rahat istifadə edə bilərsiniz. Bir başqa təklif isə badam yağı və hind yağı qarışığıdır. Bu qarışıq sayəsində qaşlarınızda parlaqlıq və gurlaşmağa şahid ola bilərsiniz.//qadinlar.biz
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR