Qazın qiyməti qalxıb belə olacaq

Qazın qiyməti qalxıb belə olacaq"Gürcüstanda istifadə olunan enerji resurslarının, xüsusən də təbii qazın qiymətləri dövlət tərəfindən tənzimlənir. Biz, dünya bazarında qiymətlərin dəyişməsi, milli valyutanın devalvasiyası və digər amillər ilə əlaqədar təkliflər verə bilərik".
Xanim.az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsində "SOCAR Energy Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov söyləyib.
M.Məmmədov deyib:
"Gürcüstanda təbii qaz həm kommersiya, həm də sosial istiqamətlərdə istifadə olunur. Sosial istiqamətli təbii qazın qiyməti dövlət və maraqlı şirkət tərəfindən mühafizə olunaraq tənzimlənir. SOCAR 6 ildən çoxdur ki, Gürcüstanda investisiya siyasəti aparır. Bu ilin sonunadək SOCAR investisiyanın həcmini 250 milyon dollara çatdıracaq. Bu, öhdəlikdir və bu il sona çatır. Biz bu proqramı tam həcmdə yerinə yetiririk. Eyni zamanda, ölkədə, obyektiv maliyyə prosesləri gedir və bunların hamısı milli valyutanın devalvasiyasına səbəb olur. Bunun nəticəsi olaraq istehlak qiymətlərində mütləq düzəliş olunmalıdır. Bu, dövlət neft şirkətinin istəyi deyil, Gürcüstan dövlətinin yanacaq və energetika sahəsində tənzimləyici orqanının tələbidir".
"Bizim investisiya indeksimiz həm də, milli valyutanın devalvasiya amilləri nəzərə alınmaqla hesablanıb və dövlət tərəfindən bir qiymət müəyyən olunub. İndi, dövlət nə qərar çıxaracaqsa, biz də ona tabe olacağıq və gələcək siyasətimizi ona uyğun davam etdirəcəyik", - deyə, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri bildirib.
Gürcüstanda fəaliyyət göstərən dörd şirkət – "Qaz nəqli şirkəti", "SOCAR Georgia Gas", "Qruzqorqaz" və "Kaztransqaz" şirkətləri təbii qazın tarif qiymətinin artırılması ilə bağlı hökumətə müraciət edib.
Şirkətlər Gürcüstan milli valyutasının ucuzlaşmasının investisiya mühitinə təsirinə əsas səbəb kimi göstərirlər.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təbii qazın qiymətinin artmasının mümkünlüyünü qeyd edib.
Gürcüstanın Tarif Komissiyasından bildiriblər ki, şirkətlərin təkliflərinin əksəriyyəti öyrənilib və yaxın günlərdə məsələyə münasibət bildiriləcək.

Xəbərlər     Baxılıb: 1923   Tarix: 01 iyul 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geymler 2026 donlar 2026 geyim və ayaqqabılar goy qursagi nece yaranir sarimsaqla qurdun mualicesi tərəvəz yeməkləri heyatda oz yerini tapan insan xosbextdir kosmetika kahfe fali qiz evi haxista hesaplama olumu seksler