Qəbizlik

QəbizlikBir çox insanlar və əfsuslar olsun ki, hətta bəzi həkimlər hesab edirlər ki, əgər insanda gündəlik nəciz ifrazı olmazsa, bu, qəbizliyin göstəricisidir. Həqiqətdə isə bü heç də belə deyil.
Orqanizmdən "zibilin" xaric edilməsi hər bir insan üçün fərdi olan bir xüsusiyyətdir. Elə insanlar vardır ki, onlarda defekasiya (nəcis ifrazı) həftə ərzində 3 dəfə, digərlərində isə gün ərzində 2 dəfə olmaqla baş verir. Bu halda, belə insanlar mütləq şəkildə sağlamdırlar və özlərində heç bir diskomfort (narahatlıq) da hiss etmirlər!
Ona görə də defekasiyaların (nəcis ifrazı) sayı — qəbizliyin göstəricisi deyil!
Bəs, həqiqi qəbizliyin əlamətləri hansılardır? Beləliklə, insanın özündə qəbizlik olmasından şübhələnməsi üçün aşağıdakılar qeyd edilməlidir:
— həmin adamda həftə ərzində defekasiyaların (nəcis ifrazı) sayı 3 dəfədən az olduqda;
— o, defekasiya aktı zamanı xeyli güc verməlidir;
— onda, nəcisin sıxlığı çox bərk (daş kimi) olmalıdır;
— onda, defekasiya aktı zamanı ifraz olunan nəcisin miqdarı 30 qramdan az olur və hər dəfə defekasiyadan sonra bağırsağın tam boşalmaması kimi xoşagəlməz hissiyyat qalmış olur.

constipationLakin əgər sizdə bu əlamətlər qeyd edilmiş olsa da, son diaqnozu mütləq həkim qoymalıdır. Məhz həkim, qəbizliyin səbəbini müəyyən etməli və sizə müalicə yazmalıdır. Buna görə də defekasiyanın çətinləşməsinin ilk əlaməti qeyd edilən kimi işlədici dərmanların qəbul edilməsinə tələsməyin — yaxşı qastroenteroloqa (mədə-bağırsaq sistemi xəstəlikləri üzrə mütəxəssis) müraciət edin! Ona görə ki, nəzarətsiz şəkildə işlədici dərmanların qəbul edilməsi, bu məqsədlə imalədən istifadə edilməsi, "tənbəl yoğun bağırsaq" sindromunu formalaşdıraraq qəbizliyi yalnız artıra bilər. Bu zaman bağırsaq, hər dəfə onu boşaltmaq üçün "xaricdən" olan müdaxiləyə (işlədici həblər, imalə) adət edərək sərbəst şəkildə fəaliyyət göstərməyini dayandıra bilər. Həmçinin, əksər işlədici həblərə qarşı bağırsaq tərəfindən uyğunlaşma baş verir ki, bu da müəyyən bir müddət keçdikdən sonra bağırsağın daha yüksək dozada dərman tələb etməsi ilə nəticələnir.

Bəs, qəbizliyin hansı formaları vardır?
Qəbizliklər kəskin və xroniki olurlar. Kəskin qəbizliklər, həyat boyu ərzində yəqin ki, hər bir kəsdə baş verir. Məsələn, bu, kəskin stres, cərrahi əməliyyat, səfər zamanı və s. hallarda baş verə bilər. Bəs, bu hal nədən baş verir? Yoğun bağırsaq öz hərəkətləri (peristaltikası) nəticəsində nəcis kütlələrini xaricə doğru (anal dəliyə) hərəkət etdirir. Yoğun bağırsaq çox həssas orqan olub, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə, peristaltikasının ləngiməsi və hətta dayanması şəklində reaksiya verə bilər. Qadınların yoğun bağırsağı həmçinin, onların orqanizmlərində hazırlanan hormonlara da reaksiya verir. Məhz buna görə qadınlar, əksər hallarda hamiləlik və menopauza zamanı qəbizlikdən əziyyət çəkirlər.

Qəbizlik, hər hansı bir yeni dərmanın qəbul edilməsi zamanı, yanaşı effekt kimi də baş verə bilər. Bu halda mütləq öz həkiminizə məlumat vermək lazımdır. Kəskin qəbizliklər xəstəlik hesab edilmir və müalicə tələb etmirlər; adi həyat tərzinə qayıtdıqdan sonra (səfərdən evə qayıtdıqdan, qadınlarda hamiləlik başa çatdıqdan sonra və s.) keçib gedirlər.

Əgər qəbizlik daimi xarakter almış, adətə çevilmiş, yəni xroniki hal alarsa, bu halda, yardım almaq üçün dərhal həkimə müraciət etmək lazımdır.

Yaranma səbəbindən asılı olaraq atonik və spastik qəbizliklər ola bilər. Atonik qəbizliklər zamanı nəcis kütlələri çox, formalaşmış şəkildə olur, defekasiya aktı çox çətinliklə baş verir, ağrılı olur, anal kanalın selikli qişasında baş verən zədələnmiş sahələrin olması nəticəsində nəcis kütlələrinin üzərində kiçik qan izləri də görünə bilər.
Spastik qəbizlik zamanı nəcis kütləsi qoyun nəcisi (qığı) forması (bir biri ilə birləşmiş kiçik nəcis kütlələri) almış olur. Belə qəbizliklər çox zaman metiorizm, qarında ağırlıq, genişlənmə, ağrı hissiyyatları ilə də müşayət olunurlar.
Atonik qəbizliklərin səbəbi adətən, düzgün qidalanmamaq və kifayət qədər fiziki aktivliyin olmamasıdır. Spastik qəbizliklərin səbəbi isə bağırsağın özünün fəaliyyət xüsusiyyətləri (lənglik), streslər və s. ola bilər. Ancaq hər bir konkret halda, qəbizliyin səbəbləri yalnız həkim tərəfindən müəyyən edilir. Bundan sonra isə xəstəyə düzgün diaqnoz qoyaraq ona lazım olan müalicə təyin edilir.

Körpələrdə qəbizlik problemi — Qəbizlik bağırsaqların fəaliyyətinin zəifləməsi nəticəsində, bəzən isə bağırsaqdaxili sinirlərdə problem yarandıqda meydana çıxır. Qəbizliyi aradan qaldırmaq üçün zeytun yağı yaxşı vasitə hesab olunur. Körpə südəmərdirsə, südə, yemək yeyirsə, xörəyinə 1 çay qaşığı zeytun yağı əlavə edin.

Sağlamlıq     Baxılıb: 3260   Tarix: 05 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

maskalar geyim dəbləri sade makiyaj sekilleri mesameler ucun maskalar zorlama səhnə cinsi zəiflik xolesterini azaldan qidalar kosmetika tut ağacı tutdudu novruz hakıştası birlik sanamalar kahfe kali