Qəhvənin ziyanı

Qəhvənin ziyanıQəhvə ən sevilən içkilərdən biridir. Lakin son tədqiqatlar qəhvənin potensial zərərlərini ortaya qoyub. Zövqlə qəbul edilir, amma yan təsiri də az deyil.
Milli.Az xəbər verir ki, qəhvə dünyada milyonlarla insanın səhərlərini işıqlandıran, sosial mühitlərdə qəbul edilən və uzun illərdir məşhur olan bir içkidir. Lakin son illərdə qəhvənin həm faydaları, həm də potensial zərərləri ilə bağlı tədqiqatlar artıb.
Polşada aparılan tədqiqatlar göstərir ki, yaşlılarda həddindən artıq qəhvə istehlakı xroniki ağrıların artmasına səbəb olur, balıq istehlakının artması isə ağrının intensivliyini azaldır.
"The Independent" qəzetində dərc olunan xəbərə görə, Polşadakı universitetin alimləri qəhvə və balıq istehlakının ağrıya təsiri ilə bağlı tədqiqat aparıblar. Tədqiqatda 60-88 yaş arası 205 sağlam yetkindən iki il ərzində 10 ballıq şkala üzrə balıq və qəhvə istehlakı və ağrı intensivliyi barədə soruşulub. Qəhvə istehlakını artıranlar ağrı intensivliyində azaldanlarla müqayisədə 6,56 bal artım göstəriblər, yağlı balıq istehlakını artıranlar isə xroniki ağrı intensivliyində 4,45 bal azalma göstəriblər.
Digər tərəfdən, tədqiqatın nəticələrini şərh edərkən "ehtiyatlı olmaq" lazım olduğu və nəticələri təsdiqləmək üçün yeni tədqiqatların aparılmasının vacib olduğu qeyd edilib.
Qəhvə tərkibində kofein olduğundan, həddindən artıq istehlak ürək döyüntüsü, yüksək təzyiq və ürək ritminin pozulması kimi problemlərə səbəb ola bilər. Bu problemlər, xüsusən də ürək xəstəliyi olan insanlarda daha çox özünü göstərə bilər. Bundan əlavə, həddindən artıq və ya gecə vaxtı qəhvə istehlakı yuxusuzluğa səbəb ola bilər.
Mütəmadi olaraq həddindən artıq miqdarda qəhvə istehlak etmək kofeindən asılılığın inkişafına səbəb ola bilər. Bu halda kofein qəbulunu azaltmaq çətinləşir və baş ağrısı, qıcıqlanma və yorğunluq kimi çəkilmə simptomları yarana bilər.
Amma qəhvənin xeyirli təsiri də az deyil. 
Tərkibindəki kofein sayəsində qəhvə mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir. Bu, yuxululuğun qarşısını alır, zehni ayıqlığı artırır və diqqəti cəmləşdirməyi asanlaşdırır. Nahar vaxtı özünüzü yorğun hiss etdiyiniz zaman bir fincan qəhvə sizi canlandıra bilər. Antioksidantlarla zəngin olan qəhvə bədəni sərbəst radikallardan qoruyur, hüceyrə zədələnməsini azaldır və potensial olaraq müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir.
Qəhvədəki kofein əzələlərə oksigen tədarükünü artırır və məşq zamanı daha yaxşı performans göstərməyə imkan verir. Bəzi tədqiqatlar göstərir ki, qəhvə istehlakı depressiya və narahatlıq simptomlarını yüngülləşdirə bilər. Kofein serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını stimullaşdıraraq əhvalınızı yaxşılaşdıra bilər. Həmçinin deyilir ki, tez-tez səhərlər istehlak edilən qəhvə maddələr mübadiləsini gücləndirən təsirə malikdir. /Axşam.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 09 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

qadin sayti yemek reseptleri həkim məsləhəti üzdə civzələr goy qursagi nece yaranir tutma reseptleri yeni dogulmus korpeye lazim olan esyalar kosmetika novruza aid hakisdalar vətənə aid bayatı sevda bayatilar kahfe falı