Qənirə Paşayeva: "İnsanlar koronavirusla mübarizəyə ciddi yanaşmalıdırlar"
İtaliyada insanların koronavirus təhlükəsini ciddiyə almamaları ölkədə bu virusun sürətli yayılmasına səbəb oldu. Ona görə də insanlarımız bu virusa ciddi yanaşmalıdırlar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.
Q.Paşayeva bildirib ki, insanlar bu virusla mübarizəyə ciddi yanaşmalıdır: "Hər birimiz Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi təlimatlarının həyata keçirilməsində fəal olmalıyıq. Əgər fəal olarıqsa, biz bu virusun qarşısını tez bir zamanda almış olarıq".
Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb.
Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.
Milli.Az /news.milli.az









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Elnur Məmmədov süni intellektlə 70 yaşında: 'Bu bir aşksa' təqdim edildi
Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
Türkiyədə məşhurlar saxlanıldı
Hüseyn əməliyyat olundu - Foto