Qənirə Paşayeva: "Utancvericidir, əsəbimdən partladım"

Qənirə Paşayeva: "Utancvericidir, əsəbimdən partladım""Təhsil Nazirliyi mütəxəssislərin dərsliklərlə bağlı qaldırdığı ciddi problemə çox həssas və təcili münasibət göstərməlidir".

Xanim.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dərsliklərlə bağlı müəllimlərin Lent.az-a açıqlamalarına münasibət bildirərkən deyib.

Q.Paşayeva bildirib ki, çoxlu səhvlər aşkarlanan dərsliklər yenidən hazırlanmalı, həmin dərslikləri hazırlayanlar və ona nəzarət edib düzəlməsinə cavabdeh şəxslər tamamilə prosesdən uzaqlaşdırılmalıdır: "Bu məsələ çox narahat edici və ciddi bir məsələdir. Əgər bir dərslikdə şagird səhv tutursa, bu, çox üzücü haldır. Ən narahat edən məsələ isə əməkdar müəllim Almaz Həsrətin vurğuladığı yanaşmadır. Deməli, illərdir mütəxəssislər biologiya dərsliklərində çoxlu səhv tapır, amma vəziyyət dəyişmir. Bəs, Təhsil Nazirliyi tərəfindən təyin olunmuş ekspertlər hara baxıb? Niyə vəziyyətin düzəldilməsi üçün addımlar atılmayıb? Bu ölkədə yaxşı dərslik yaza biləcək onlarla mütəxəssis var. Nə üçün onlar prosesə cəlb olunmur? Dəhşətə bax! Almaz xanım deyir ki, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar edilib. Vallah, adam deməyə söz də tapmır. Mən Almaz xanım və bu məsələdə mövqe nümayiş etdirən mütəxəssislərin hamısı ilə razıyam və hesab edirəm ki, bu dərsliklər məktəblərə göndərilməməlidir. Düşünün ki, uşaqlar oxuduqları dərslikdə səhvləri görür və müəllimə dərslikdə olan səhvləri deyir. Doğurdan da utanverici bir vəziyyətdir və təcili düzəldilməlidir. Səhv dolu kitab niyə qalib elan edilir?! Almaz xanım və digər mütəxəssislərin bu sualına şəxsən mən də maraqla nazirlikdən cavab gözləyirəm. Necə olub? Görün vəziyyət nə yerdədir ki, tanınmış bir müəllimə dərsliklərimizi utandıqlarından beynəlxalq tədbirlərə apara bilmədiklərini deyir".

Məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət hazırladığını bildirən millət vəkili məsələyə ən qısa zamanda reaksiya veriləcəyinə inandığını bildirib: "Bir millət vəkili olaraq bu məlumatları, açıqlamaları oxuyanda çox narahat oldum. İnanıram ki, bu sahədə bir sıra uğurlu dəyişikliklərə nail olan Mikayıl Cabbarov bu məsələyə qısa zamanda reaksiya verəcək və ciddi tədbirlər görüləcək. Mən də Almaz xanımın çağırışına qoşularaq ciddi mütəxəssislərin iştirakı ilə dərsliklərə yenidən baxılmasına çağırıram. Nazirlik əməkdar müəllim Almaz xanımın açıqlamaları, əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayevin "son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir. Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun" açıqlamasına ciddi yanaşmalıdır. Təhsil Nazirliyinin rəsmi nümayəndəsinə, Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdirinə vəziyyəti deyən mütəxəssisin heç bir addım atılmaması ilə bağlı fikirləri isə üzücüdür. Ümid edirəm ki, Təhsil naziri mütəxəssislərin bu çağırışını eşidəcək və onları qəbul edəcək, vəziyyət müzakirə ediləcək və ciddi problemlər aradan qalxacaq və qalxmalıdır. Çünki söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir".

Xəbərlər     Baxılıb: 2194   Tarix: 29 avqust 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər