Qənirə Paşayevadan VİDEOMÜRACİƏT: "Tovuzdan olan imkanlı adamlara müraciət edirəm"

Qənirə Paşayevadan VİDEOMÜRACİƏT: "Tovuzdan olan imkanlı adamlara müraciət edirəm"Milli Məclisin deputatı Qənirə Paşayeva futbol üzrə Azərbaycan I divizionunun çempionu "Turan Tovuz"u təbrik edib.

Xanım millət vəkili "Qafqazinfo"ya açıqlamasında komandanın Topaz Premyer Liqasına qayıdışına sevindiyini və bu dönüşün möhtəşəm olacağını bildirib.

O, həmçinin Tovuzun futbol ənənələrindən də danışıb: "Turan" köklü klublardan biridir. Hamı Tovuzda futbola marağın nə dərəcədə olduğunu bilir. Bu rayonun köklü futbol ənənələri var. Düşünürdülər ki, komandanın uğurlu günləri bitdi. Amma əksini sübut etdilər. Komandanın Premyer Liqaya qayıdışı əlamətdar hadisədir. Ümid edirəm ki, aidiyyatı qurumlar klubun əsas çempionatda çıxışına kömək edəcəklər. Mən də bunun üçün əlimdən gələn nə varsa, onu yerinə yetirəcəm. Hazırki vəziyyətdə "Turan"ın Azərbaycan çempionatında oynaması üçün heç bir maneə yoxdur. Tək problem maddi məsələdir. Buna görə də mən və klub rəhbərliyi istər ölkə daxilində, istər sərhədlərimizdən kənarda yaşayan imkanlı şəxslərə səslənmişik. Əgər mümkünsə, kömək olsunlar və komanda Topaz Premyer Liqasında da çıxışını davam etdirsin. Mən klub rəhbəri Oqtay Abdullayevlə də görüşdüm. Danışığımız oldu ki, biz komandaya kömək edəcək tovuzlu şəxslərə müraciət edək. Əvvəlcə Tovuzdan olan imkanlı adamlara müraciət edirəm. Tovuzlu olmayanlar da yardım etmək istəsə, qapılar üzünə açıqdır".

Millət vəkili Tovuzlu məhşur iş adamı İlham Rəhimovun klubu himayəsinə götürəcəyi ilə bağlı yazılan xəbərlərə də şərh verib: "Onunla bizim heç bir danışığımız olmaylb. Amma klub rəhbərliyinin İlham Rəhimova müraciət edib-etmədiyindən xəbərsizəm. Bu barədə heç bir məlumatım yoxdur. Mən ümumi olaraq imkanlı şəxslərə səslənmişəm. Klubun uğuru üçün hamımız kömək etməliyik".

Xəbərlər     Baxılıb: 1923   Tarix: 15 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları makiyaj instagram ana və uşaq xallarin menasi elm haqqında aforizmlər atalar sozleri veten haqqinda kosmetika novruz cinsi birlik haqqinda azerb clpaq qadinlari nağıllar