Qəşəm Nəcəfzadə oğlu barədə: "Kəramət bütün sutkanı içir, bunda qız oturar?

Qəşəm Nəcəfzadə oğlu barədə: "Kəramət bütün sutkanı içir, bunda qız oturar?"Şərif Ağayar Əlincə Qalasında etibarını itirəndə mənə çoxdan fəxri ad verilmişdi"
"Demişəm Kəraməti tabutuma yaxın qoymayın. Onu zülmlə böyütmüşdüm… Məni o alçaq öldürdü. Ona nifrət edirəm". Ötən gün bu statusu ilə gündəmə gələn şair Qəşəm Nəcəfzadə, bir neçə saatdan sonra məlum statusunu sildi… Statusunun düzgün anlaşılmadığını deyir şair.
Qəşəm Nəcəfzadə oğlu barədə: "Kəramət bütün sutkanı içir, bunda qız oturar?Kəramət Böyükçöl
Şair Qəşəm Nəcəfzadə məlum məsələlərlə bağlı News24.az-ın suallarını cavablandırır.
– Dünən sosial şəbəkədə yazdığınız məlum statusun əsas səbəbi nə idi?
– Son on gündür ki, Kəramətə görə təzyiqim qalxıb. İnsanlar evdə hansı problemlərin olduğunu bilmir. Bu səbəbdən məni qınayanlarda oldu ki, niyə oğlu haqqında belə bir şey yazıb. Oğlumu qızışdıranlar var. Kənardan Kəraməti qabağa verib, onun tarixdə qalacağını, dövrümüzün Cəlil Məmmədquluzadəsi, Sabiri olduğunu deyirlər. Onu içki məclislərində öyrədib, hər şeyi yazdırırlar. Hesab edirəm ki, Kəramət nə yazırsa, onların hər birini birtərəfli yazır, deyir. Məsələni araşdırmır. Məsələn, Kəramətin meyxananın kimsəyə lazım olmamasını deməsi düzgün deyil. O, meyxanada olan problemlər barədə – rus sözlərinin işlənməsini, zəif və ya yaxşı meyxana deyənlərin olduğunu deməli idi. İstəməzdim ki, meyxananın hec kəsə lazım olmaması ilə bağlı fikirlərini hörmətli meyxanaçımız Aydın Xırdalanlının dəfn olunduğu gün desin. Bu mənə təsir elədi. Amma yazdığım statusda fikirlərimi təkcə buna görə deməmişdim. Məni o yandırır ki, Kəramət bütün məsələlərdə çox inadkar və cəsarətlidir. Amma bunları səriştəsiz edir. Fikirlərini naşı şəkildə dediyi üçün bu da məndə və bir çoxlarında qıcığa səbəb olur.
– Oğlunuzla aranızda vaxtaşırı belə narazıqlıqlar olur. Ata kimi ona məsləhətlər verirsiniz?
– Ata olanlar məni başa düşməlidir. Kiminsə oğlu onu, arvadını, nəslini söydürsə, kimsə dözməz. Kəramət niyə məni söydürməlidir? Özü də söyənlər küçə adamlarıdır. Hətta bəziləri məni tanıyıb, qəslə söyür. Amma bu oğluma kar eləmir. O mənim sözümə qulaq asmır! İnsan hər şeyini itirərkən sonuncu gülləsi qalanda onu özünə sıxır. Belə olmaz axı. O iş yerini, səhhətini, ailəsini, dostlarını qorumalı idi. Bu gün əksər dostları belə ona qarşı çıxır. Kəramət ikinci ailəsindən də ayrılıb. O, dostlarının yanında məndən çox olur. Onlar onun niyə ailəsindən ayrıldığını bilmirlər? Amma onu məndən qoruyurlar…
– Bəs ikinci ailəsindən nə səbəbə ayrıldı?
– İçki ucbatından! Mənim ata kimi nələr çəkdiyimi heç kəs bilmir. Oğul evləndirmişəm ki, bunları yaşayım? İki nəvəmə də həsrətəm. Yanıb yaxılıram. İnsanlar isə əvəzində mənim oğluma qarşı çıxdığımı deyir. Kəraməti məndən çox istəyirlər? Məni qınayanlar çoxdur. Zəng edib deyirlər ki, sizdən gözləməzdik. Kəraməti mənə tərifləyirlər. Amma yaxşı oğlan insanları təhqir etməməlidir. Mənə zəng edib söyürlər ki, oğluna sahib çıx!
– Məlum statusu niyə sildiniz?
– Yaxşı qarşılanmadığını gördüm. İnsanlar məni baş düşmür. Onların əksəriyyəti çox səviyyəsizdir. Səviyyəlilər isə danışmır.
– Statusunuzda qeyd etmişdiniz ki, "ölsəm tabutuma Kəraməti yaxın qoymayın"
– Həmin vaxt çox kövrəlmişdim. Ölmək istəmirəm!.. Gör, məsələ nə dərəcədə ağır olub ki, ata bu sözləri deyib. Ömrüm boyu əxlaqlı müəllim olmuşam. Üç övlad böyütmüşəm. Hər birini evləndirib, evlə təmin etmişəm. Nəvələrim hər gələndə evimizdə toy-bayram olur. Hazırda yoldaşımla ikimiz qalırıq. Ömrüm boyu siqaret və içki içməmişəm, yeddindən gec evə gəlməmişəm. Artıq 60 yaşım tamam olacaq. Bu cür adam yaşının kamil çağında bu sözləri yazırsa, hər adam fikirləşməlidir ki, mən nələr çəkmişəm. Ondan başqa da övladlarım var. Amma şükür ki, çox fərqlidirlər!
Kəramət heç bir tövsiyyə qulaq asmır. O, tövsiyyəyə qulaq assa, mən niyə status yazıram ki? Kəramət nə mənim, nə anasının, nə də qohumların sözünü eşitmir. Elə başa düşməsinlər ki, bunu əvvəl yazdıqlarma görə deyirəm. Xeyr. Ayrı problemlər var. İçki onun ailəsini dağıtdı. Hətta işini, dostlarını belə əlindən aldı. İnsanları təhqir edib söyüşlər söyür. Mənə də bu barədə deyirlər. Olmaz axı belə. Ya müxalifət, ya da iqtidar ol. Daha ortalıqda niyə quyruq bulayırsan? İnsan öz iş yerini qorumalıdır. Hazırda Bakı Dövlət Universitetində işləyir. Heç onun yazdığı statuslar onun işlədiyi yerə yaraşır?
– Kəramət statusunuzdan xəbərdar oldumu? Sizə zəng eləmədi?
– Yox. Mən onunla bir dəfəlik qurtarmışam. Ayrı vaxtlarda ata balaya, bala ataya cavabdeh deyil. Belə olanda isə tez deyirlər ki, atadır günahkar. Bizim cəmiyyətimiz məsələnin onlara sərf edən tərəfdən yapışırlar. Kəraməti iki ay müalicə elətdirdim. Lazım olan bütün dərmanları aldım. Amma qiymətləndirilmədim.
– Kəramətin eks həyat yoldaşları və övladları ilə münasibətiniz necədir?
– Yaxşıdır. Amma onunla barışmaq istımirlər. Kəramət özü də istəmir. Nəvələrimi mənə göstərirlər, amma uzaqdadırlar. Nəvələrim bizi istəyir. Burada böyüyüblər. getdikləri yer onlara yaddır. Ata heç vaxt səhv eləməz. Ailəsini dağıtmaz. İkinci həyat yoldaşını boşadığı üçün günah Kəramətdədir. Bu adam fasiləsiz, bütün sutkanı içir. Ayıq vaxtı olmur. Bu insanda qız oturar?
– Şərif Ağayarın dünən sizin yazdıqlarından sonra yazdığı "Qəşəm müəllimə deyən olsa ki, Anar fəxri ad alanların siyahısına səni də salıb, səhhəti düzələcək" statusundan xəbərdarsınız?
– Şərif Ağayar Əlincə Qalasında etibarını itirəndə mənə çoxdan fəxri ad verilmişdi. Dövlətimizə, Anar müəllimə də minnətdaram. Bu ayrı şeylərdir. Cinlə şeytanı qarışdırmasınlar! Kəramət yazıçılıqla məşğul olsaydı, o dini əsərlər, romanlar yazsaydı, kitabların çap etdirsəydi, universitetdən çıxmasaydı, içməsəydi, arvadlarını boşamasaydı və min dənə belə status yazsaydı, deyərdim sənə qurban olum. Onun arxasında olacağımı deyərdim. Amma bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evidə xaraba qoyub. Gəl bundan sonra sənə yazdıqlarına görə inansınlar. Əlbəttə ki, ona özü kimi içki düşkünləri inanacaq. Bir atanın övladına edəcəyi hər şeyi onun üçün etmişəm.
Paylaş:
Facebook
Twitter
Google +

Maraqlı     Baxılıb: 2479   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

geymler 2026 maskalar qaşların formalari xina haqqinda melumat pizza reseptləri etiraflar gəlinliklər kosmetika haxisdalar pehriz hakışda orqazm usaq seirleri