Qeyri-adi çiyələkli bulkalar- FOTO
Tərkib:
- 200 qr süd
- 1 ç.q. quru maya
- 40 qr kərə yağı
- 2 yumurta (1- xəmirə, 1- üzərinə çəkmək üçün)
- 8 x.q. şəkər tozu (4 x.q. xəmirə, 4 x.q. içlik üçün)
- 2 x.q. bitki yağı
- 1 paket vanilli şəkər tozu
- 1 çimdik duz
- 2-2,5 stəkan un
- şəkər pudrası (bulkaların üzərinə səpmək üçün)
- 300 qr çiyələk
Hazırlanması:
1. İlıq südə maya, 1 ç.q. şəkər tozu, 2 x.q. un əlavə edin, yaxşı qarışdırın, 15 dəqiqə isti yerdə saxlayın.
2. Kərə yağını əridin. İçinə duz, şəkər tozu, vanilli şəkər tozu, bitki yağı, yumurta əlavə edin, çəngəllə yaxşı qarışdırın.
3. Mayalı kütləyə 1/2 stəkan ələnmiş un əlavə edin, qarışdırın, yağlı kütləni əlavə edin, yaxşı qarışdırın. Tədricən ələnmiş un əlavə edin, xəmir yoğurun. Xəmir yumşaq və hamar alınmalıdır.
4. Xəmiri isti yerdə 1-2 saat saxlayın ki, gəlsin. Xəmir 2 dəfə artmalıdır.
5. Xəmiri bir qədər qatın və 10 hissəyə bölün.
6. Hər hissəni yayın, içinə çiyələk qoyun, üzərinə şəkər tozu səpin və şəkildə göstərildiyi kimi bükün.


7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, tavaya perqament kağızı sərin, kərə yağı çəkin və bulkaları düzün. Bulkaların üzərinə çalınmış yumurta çəkin.
8. Hazır bulkaların üzərinə şəkər pudrasını səpin.
Nuş olsun!
Mənbə: povaryonok.ru
Tərcümə: Evdarliq.Az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Arzuolunmaz hamiləlik
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib
Ətir istifadə edənlərə xəbərdarlıq
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Mixək çayının yaddaşa faydası
Bred Pittin yeni sevgilisi - Foto
Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
P.Diddi həbsxanadan xəstəxanaya aparıldı