Qıcıqlanmış bağırsaq sindromu

Qıcıqlanmış bağırsaq sindromuQıcıqlanmış bağırsaq sindromu qarında defekasiyadan sonra keçən ağrı və ya diskomfortla təzahür edən funksional pozğunluqların davamlı cəmidir. Bu nəcisin tezliyinin və konsentrasiyasının dəyişilməsi ilə müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromundə bağırsaq funksiyasının pozğunluğunun ən azı iki davamlı simptomu birgə olur:
* nəcisin ifrazı tezliyinin dəyişməsi
* defekasiya aktının özünün dəyişkinliyi
* nəcisin konsentrasiyasının dəyişkənliyi
* selikli nəcisin ifraz olunması
* meteorizm.
Bu pozğunluqlar son 12 ay ərzində, 12 həftədən az olmayaraq davam edərsə, qıcıqlanmış bağırsaq sindromu diaqnozu öz təsdiqini tapmış olur.
Defekasiya aktının pozğunluqları arasında imperativ çağırışlara, tenezmlərə, bağırsağın tam boşalması hissinə, defekasiyadan əlavə gücənməyə böyük əhəmiyyət verilir. Patoloji prosesə başlıca olaraq yoğun bağırsaq cəlb olunur. Xəstəlik insanlar arasında geniş yayılmış xəstəliklərdəndir. Dünya statistikasının hesablamalarına görə dünya əhalisinin 20%-ə qədəri qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkir. Qadınlar kişilərə nisbətən 2-4 dəfə çox xəstələnirlər.
Xəstəliyin əmələ gəlməsinin səbəbləri kimi aşağıdakılar əsas götürülür:
* Xəstəliyin inkişafında şəxsiyyətin tipi böyük əhəmiyyətə malikdir. Pasiyentlər üçün isterik, aqressiv reaksiyalar, depressiya, asılılıq, kansentrofobiya, ipoxondrik təzahürlər xarakterikdir.
* Bağırsaq funksiyasının tenzimində iştirak edən bioloji aktiv maddələrin (serotonin, histamin, bradsikinin, xolesistokinin, neyrotenzin, vazoaktiv intestinalpolipeptidlər, enkefalinlər və endorfinlər) tarazlığının pozulması əhəmiyyətli rol oynayır.
* Xəstəliyin əmələ gəlməsində rejim və qidalanma xarakteri mühüm rol oynayır. Qeyri-müntəzəm qida qəbulu, rəfinə olunmuş qidaların  həddindən çox qəbulu bağırsağın mator-evakuator fuksiyasının, mikroflorasının dəyişməsinə, bağırsaqdaxili təzyiqin artmasına səbəb olur.
* Qıcıqlanmış bağırsaq sindromunun inkişafında sonradan əmələ gələn bağırsaq disbakteriozunun yaranmasına səbəb olan keçirilmiş bağırsaq infeksiyaları da böyük əhəmiyyətə malikdir.
Qıcıqlanmış bağırsaq sindromunxa xəstələrin şikayətləri qarında baş verən ağrılardan olur. Ağrılar küt, təzyiqedici gərilmədən tutmuş, dözülməz tutmaşəkilli ağrılara qədər ola bilir. Ağrılar qaraciyər və dalaq nahiyyəsinə irradiasiya edə bilirlər. Ağrının əmələ gəlməsi qidanın qəbulu, stress, fiziki gərginliklə bağlı olur. Xəstələrdə qəbizlik olur, xəstədə defekasiyaya çağırışlar saxlanılır, lakin bağırsağın tam boşalması hissi olması xəstəni tərk etmir. Meteorizm və qarının köpməsi disbakterioz nəticəsində bağırsaqlarda qıcqırma və çürümə prosesinin artmasına səbəb olur.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir.
Müalicə dərman preparatları və bəzi məhsulların qida rasionundan çıxarılmasından ibarətdir. Bu qidalara aşağıdakılar aiddir:
- süd
- qazlı içkilər
- heyvani yağlar
- kələm
- paxlalılar
- alkohol.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1145   Tarix: 12 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

gözəllik məhsulları yaz geyimleri 2026 həkim məsləhəti merlin monro qadinlarda soyuqdeyme stil dərsləri kelem tutmasinin hazirlanmasi kosmetika vetene aid bayatilar maya maskasi bayraq qız bürcü novruz bayramina aid