Qıcolmalar zamanı ilk yardım

Qıcolmalar zamanı ilk yardımQıcolmalar - bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Bəs, qıcolma tutması hansı şəkildə baş verir?
Belə ki, bu zaman insan birdən-birə bir neçə saniyə ərzində sanki donub qalır, sonra göz qapaqları bağlanır və o yıxılır, daha sonra isə ətraf əzələləri yığılmağa başlayır. Bəzi hallarda isə əksinə olaraq insanın bədəni mil kimi dartılaraq gərginləşir. Adətən xəstənin ağzından xeyli köpük xaric olur, bəzən isə qusma da baş verir. Qıcolma tutmasının sonunda qeyri-ixtiyari sidik ifrazı da ola bilər. Qıcolma tutması xəstənin yuxuya getməsi ilə başa çatır. Yuxu bir neçə dəqiqədən bir günə qədər davam edə bilir. Bəzən xəstə özünə gəldikdən sonra özünü qeyri-adi aparır - buna da hazır olmaq lazımdır!
Kiçik uşaqlarda qıcolma tutmasının formalarından biri - huşun itirilməsi, bayılma, kəskin şəkildə əzginlik kimi əlamətlərlə meydana çıxır ki, bu zaman uşaq birdən-birə yumşalır və ətrafdakı hadisələrə heç bir reaksiya vermir.
Qıcolmaların ən böyük təhlükəsi ondan ibarətdir ki, bu zaman dilin qatlanması və ya qusuntu kütləsinin tənəffüs yoluna düşməsi tənəffüsün dayanmasına səbəb ola bilər. Tənəffüsün dayanmasının profilaktikası üçün, xəstəni sadəcə olaraq böyür üstə uzatmaq lazımdır. Zərərçəkənin ağzından onun dilini zorla çıxarmağa cəht etməyin!
Qıcolmalar həm böyüklərdə həm də uşaqlarda təsadüf edilə bilər.
Qıcolmalar aşağıdakı səbəblərdən baş verə bilər:
- bədən temperaturunun yüksək olması (febril qıcolmalar adlandırılır). Yüksək temperaturun fonunda olan qıcolmalara adətən uşaqlarda tez-tez rast gəlinir. Belə qıcolmaların qarşısını almaq üçün, uşaqlarda yüksək hərarəti vaxtında aşağı salmaq lazımdır;
- epilepsiya;
- meningit, ensefalit, beyin absesi, beyin şişi;
- başın travması;
- maddələr mübadiləsinin pozğunluqları - qanda kalsium, kalium, maqnezium elementlərinin azalması;
- tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar;
- bədənin həddindən artıq qızması;
- əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya (qorxu, qəzəb, sevinc) qıcolmalara səbəb ola bilər.
Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda dərhal "təcili yardım" çağırmaq lazımdır. "Təcili yardım" həkimi gələnə qədər isə xəstəyə aşağıdakı ilk tibbi yardımları etmək olar:
- xəstəni böyür üstə düz səthə (döşəməyə) uzadaraq başının altına yastıq və ya mütəkkə qoyun və ya onun başını dizinizin üstünə qoyun;
- otağa təmiz hava daxil olmasına şərait yaradın (pəncərəni və ya nəfəsliyi açın), xəstəni sıxan paltarları (paltarın yaxasını, kəməri və s.) boşaldın;
- əllərinizlə və ya əlinizin altında olan vasitələrlə qıcolmaların qarşısını almağa, xəstənin ətraflarını düzləndirməyə cəht etməyin - bu ona zərər gətirə bilər;
- xəstəni mümkün qədər, ətrafında təhlükəli əşyalar az olan yerdə yerləşdirmək lazımdır. Tutma zamanı hər hansı bir əşyaya toxunaraq zədələnməməsi üçün xəstəyə diqqətlə nəzarət edin;
- qıcolmanın səbəbi yüksək temperatur olarsa, qıcolmalar qurtardıqdan sonra onu fiziki üsullarla və ya şam şəklində (uşaqlarda) olan dərmanla və ya iynə vurulması ilə  endirməyə çalışın. Əgər xəstə huşsuz vəziyyətdə olarsa, onun ağzına sirop tökməyə və ya dərman içirtməyə cəhd etməyin - onlar tənəffüs yoluna düşə bilərlər ki, bu da çox qorxulu hal hesab olunur!
- zərərçəkənin ağzı açıq olarsa, o istənilən an çənələrini birləşdirməklə dilini dişləyə bilər. Bunun baş verməməsi üçün onun dişləri arasına bükülmüş parça (burun dəsmalı, əl-üz dəsmalının bir ucu) qoymaq lazımdır. Əgər çənə artıq sıx bağlanmış olarsa, qəti şəkildə onu zorla açmaq olmaz - bu zaman xəstənin dişləri sına bilər və ya xəstə sizin barmağınızı dişləyə bilər.
Qıcolma tutması zamanı xəstə uşağı heç bir halda bir dəqiqə də olsa nəzarətsiz qoymaq olmaz!
Qıcolma tutmasından sonra həmin şəxs həkimlər tərəfindən diqqətlə müayinə olunmalıdır. Bəzi hallarda onun xəstəxanaya yerləşdirilməsi də tələb oluna bilər.
Qıcolma tutması olmuş uşaqların valideyinləri, bəzən belə hesab edirlər ki, bundan sonra uşaqda epilepsiya xəstəliyi inkişaf edəcək. Bir sıra tibbi statistik məlumatlara əsasən, qıcolma tutması keçirən uşaqların yalnız 2%-ində epilepsiya xəstəliyi inkişaf edir. Lakin qıcolma tutmasından sonra uşaq mütləq nevropatoloq tərəfindən müayinə  olunmalıdır!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 981   Tarix: 04 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Pomidor yeyərkən iki dəfə düşünün

Mütəxəssislər xəbərdarlıq edirlər ki, zəngin qida dəyərinə malik olan pomidor tərkibindəki yüksək turşuluq və histamin səbəbindən bəzi xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemləri yarada bilər. xəbər veri

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Hər gün ananas yeyənlər xəstəlik üzü görmür: İltihabın kökünü kəsən tropik möcüzə

Son illərin ən populyar tropik meyvələrindən biri olan ananas zəngin tərkibi ilə insanı xəstəliklərdən qorumağa kömək edir. Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu meyvəni qida rasionuna əlavə edənlər sağlamlıqlarına böyü

.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

Kings College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqin

turlar.az

donlar 2026 toy gecesi yay kolleksiyasi pustenin faydalari kişi üzükləri gözəllik sirləri ekzema xəstəliyi kosmetika eqreb masqalar ziyafet geyimleri nagillar tərəzi