Qida allergiyası

Qida allergiyasıQida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.
Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir.  Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur - dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.
Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları yaranır - köp, ishal. Bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul etmək olar.
Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-ndə əslində ekspertlərin "qida psevdoallergiyası" adlandırdıqları hal müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik, hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə hesab edir ki, həmin qida onlarda allergiya yaradır).
Qida allergiyasının səbəbləri
Valideynlərindən biri allergiyadan əziyyət çəkirsə, uşaqda allergiyanın əmələ gəlmə riski ikiqat yüksək olur. Hər iki valideyndə allergiya varsa, uşaqda onun əmələ gəlmə riski dördqat çox olur. Valideyn və uşaqda olan allergiyanı törədən allergenlər müxtəlif ola bilər.
Allergiyanın, demək olar ki, istənilən qida növünə qarşı yarana biləcəyinə baxmayaraq ən çox yayılmış qida allergenləri - süd, yumurta, balıq, molyusklar, soya, buğda, qoz, fındıq və xüsusən də yerfındığıdır.
Hər hansı allergenə olan reaksiyadan sonra əmələ gələn çarpaz allegiya mövcuddur. Yerfındığına qarşı allergiyası olanlarda paxlalılar fəsiləsinin digər məhsullarına - məsələn, noxud, soya paxlası, mərcimək və s. qarşı da allergiya ola bilər. Yemişə qarşı allergiyası olanlarda zamanla xiyar və balqabağa qarşı da allergiya yarana bilər. Həmin qayda ilə krevetlərə allergiyası olanlar yengəclərə (krablara) qarşı da həssaslaşırlar.
Bəzən sulfitlərə - yeməklərin rəngini qorumaq üçün istifadə olunan kimyəvi maddələrə qarşı da allergiya olur. Bu maddəni quru meyvələrə və tərəvəzlərə vururlar. Sulfitli qidanı qəbul etdikdən sonra insanda boğulma inkişaf edir və ya allergik şok yaranır. Sulfitlər həmçinin ağır astma tutmaları törədə bilər.
Qida allergiyasının simptomları
Allergik reakisyalar adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır və iki saata qədər müddətdə yarana bilər. Lakin allergiyanın ağır formasına düçar olanlarda yeməyə toxunmaq və ya onun iyini hiss etməklə də allergik reaksiya yaranır.
Səciyyəvi erkən simptomlar - dodaqlar, ağız boşluğu və ya boğazın şişməsi və qaşınmasıdır. Qıcıqlandırıcı yeməklər qida yollarına düşərək ürəkbulanma, öyümə, qusma, bağırsaq sancıları və ishal törədə bilər. Həmçinin bəzən qaşınma, övrə, ekzema və dəri qızarmasına səbəb olur.
Bəzi xəstələrdə həmin qida zökəm, öskürək və səthi tənəffüslə səciyyələnən allergik rinit yarada bilər.
Bəzən də ləngimiş allergik reaksiya ola bilər - yəni allergik reaksiya qidanı yedikdən bir neçə saat və hətta bir neçə gün sonra inkişaf edir. Təcili cavabdan fərqli olaraq ləngimiş allergik reaksiyanın simptomları o qədər də çox təzahür etmir və övrə, ekzema və astmaya səbəb olmaya bilər.
Profilaktika
Risk qrupunda olanlar, yəni ailə üzvləri arasında allergiyaya həssas olanlar varsa, orqanizmin hər hansı yeni qidaya qarşı reaksiyasına diqqətli yanaşılmalıdır. Qida məhsullarını yeməyə kiçik porsiyadan başlamaq və ya ondan ümumiyyətlə imtina etmək lazımdır.
Mağazadan alınan qurudulmuş, konservləşdirilmiş və emal edilmiş qidaların qəbulundan imtina edilməlidir.
Uşağın rasionuna yeni qida məhsulları ehtiyatla daxil edilməlidir, əsasən də valideynlərdə allergiya varsa, daha çox diqqətli olmaq tələb olunur. Ona hər dəfə yeni məhsul verdikdə, çox kiçik porsiyalarla vermək və porsiyaları tədricən artırmaq olar.
Qidanın hər hansı inqrediyentinə qarşı reaksiya əmələ gəldikdə həmin simptomların doğrudan da qida allergiyası olmasını və ya hər hansı digər problemdən baş verdiyini öyrənmək üçün allerqoloqla məsləhətləşmək lazımdır.
Əgər bir dəfə qida allergiyası diaqnozu qoyulubsa, onunla mübarizə aparmağın yeganə yolu - qıcıqlandırıcı komponenti tapmaq və ondan uzaq durmaqdır.
Müalicə
Allerqoloq xəstəlik tarixçəsinin analizinə, obyektiv müayinəyə və laborator testlərə əsaslanaraq dəqiq diaqnoz qoya bilər. Qida allergiyasının diaqnostikasında dərinin skarifikatorlu sınağı tətbiq edilir. Qidanın həll edilmiş cövhərini dəri üzərinə yerləşdirir, həmin yerə cızıqlar çəkilir və iynələr batırılır. Heç bir reaksiya əmələ gəlmədikdə dəri sınağı mənfidir. Lakin 15 dəqiqə ərzində dəridə ağcaqanad sancmasına bənzər qızarma və ya şişmə yaranarsa, deməli, araşdırılan qida məhsuluna qarşı allergiya var. Test yanlış müsbət və yanlış mənfi nəticələr də verə bilər.
Daha dəqiq radioallerqosorbent test (RAST), immunoferment analiz (İFA) və anticismlərin analizi kimi tanınan qan analizləridir. Lakin bəzən onlardan da yanlış cavablar alına bilər.
Dəri testləri və qanın anticismlərə analizi allergik reaksiya törədicisi olan allergenlərə işarə edir. Lakin dəri testlərindən və qan müayinəsindən sonra da diaqnoz aydınlaşmasa, həkim təhrikedici testlər təyin edə bilər. Həmin müayinələr ciddi göstərişlərə əsasən allerqoloji stasionarlarda aparılır. Burun, dilaltı və ya bilavasitə bronxlara təhrikedici testlər edildikdə allergen kiçik miqdarda daxil edilir, bir müddət sonra reaksiya qiymətləndirilir. Bu cür müayinə xəstədə güclü allergik reaksiya törədə bilər və ona görə də, lazım gəldikdə dərhal tibbi yardım göstərilməsi üçün həkim nəzarəti altında aparılmalıdır.
Əgər əsl qida allergiyası aşkar edilibsə, həmin allergeni tamamilə istisna etməklə xüsusi pəhriz tövsiyə edilir. Bir neçə həftə ərzində bu cür (adətən düyü, salat və almanın daxil edildiyi) hipoallergen pəhrizə mütləq riayət etmək lazımdır. Müəyyən vaxtdan sonra pəhrizə digər məhsullar da əlavə etmək, sonra allergiya yaradan həmin allergeni daxil etmək olar. Əgər onu daxil etdikdə yenidən allergiya yaranarsa, başlanılan pəhrizi davam etdirmək lazımdır. İstənilən elminasiyalı pəhriz (allergen məhsulların istisna olduğu pəhriz) yalnız həkimin icazəsi və diyetoloqun nəzarəti altında aparıla bilər. Hətta bu cür pəhriz zamanı da orqanizmə lazım olan bütün maddələr qəbul olunmalıdır. Həkim allergen məhsulları, tərkibində həmin qidalı maddələr və vitaminlər olan məhsulları başqaları ilə əvəz edəcək. Heç vaxt rasiondan xüsusən də azyaşlı uşaqlar, yaşlı və xəstələrin menyusundakı bütün qrup məhsulları eyni zamanda bir neçə həftəlik çıxarmaq düzgün deyil.
Allergik fonu tənzimləmək, əlamətlərin sürətlə sönməsini təmin etmək üçün pəhriz müalicəsi ilə yanaşı Teader çayı 1-2 ay müddətində qəbul olunmalıdır. Onu istifadə etməzdən qabaq bitkilərə qarşı allergiya inkar olunmalıdır.
Ciddi pəhrizə riayət etməklə qida allergiyasından azad olmaq mümkündür. Tədqiqatlar nəticəsində aşkar edilib ki, 1-2 il hipoallergen pəhrizə əməl etdikdən sonra yeniyetmə uşaqların və böyüklərin təxminən üçdə bir hissəsi onları qıcıqlandıran qidaya həssaslıqdan azad olur. Lakin yerfındığına, qoz və fındığa, balıq və molyusklara olan allergiya insanda ömrün sonuna kimi qala bilər.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 07 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

.

Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır

Yatmazdan əvvəl müəyyən qidaların qəbul edilməsi gecə ərzində əzələlərin bərpasına və inkişafına kömək edə bilər. xəbər verir ki, qatıq tərkibindəki zülallar sayəsində bu baxımdan faydalı hesab olunur. Qatıqda olan zərda

.

Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz

Qış mövsümündə yaz fəslinə keçid həm bədən, həm də ruh sağlamlığı üçün həssas dövr sayılır. Havanın soyuq və rütubətli olması, günəş işığının azlığı və qış xəstəliklərinin hələ tam keçməməsi insan orqanizmi üçün əlavə diqqə

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Gözlərdə bulanıqlaşma nədən xəbər verir?

Gözlərdə bulanıq görmə bir çox insanın zaman-zaman qarşılaşdığı problemlərdən biridir və bu hal bəzən müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, görmənin bulanıqlaşması sadəcə gö

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

turlar.az

geymler 2026 geyim və ayaqqabılar hamilelikde qidalanma yasil pomidor tutmasi süni doğuş əbdürrəhim bəy haqverdiyev endirimli paltarlar kosmetika vətənə aid atalar sözləri qu quşu novruz hakısdası novruza aid hakistalar vetene aid atalar sozleri