Qidanın insultun yaranmasına təsiri müəyyən edildi
Qidalanmanın ürək-damar xəstəliklərinin inkişaf riskinə təsir etdiyi elmə çoxdan məlumdur.
Milli.Az bildirir ki, "European Heart Journal"da nəşr olunan yeni tədqiqatın müəllifləri hansı məhsulların işemik və hemorragik insultun inkişaf riskini artırdığını öyrəniblər.
Mütəxəssislər 9 ölkədən 418 329 nəfərin məlumatlarını təhlil ediblər. 12,7 il ərzində işemik insult 4281 xəstədə, hemorragik isə 1430 nəfərdə müəyyən edilib.
Alimlər qidada sellülozanın (meyvə, tərəvəz, taxıl, paxlalılar, qoz-fındıq və toxum) ümumi miqdarı ilə işemik insult riskinin azalması arasında əlaqə olduğuna fikir veriblər.
Belə ki, sellülozanın qəbulunu hər dəfə 10 qram artıran zaman risk 23%, gündəlik olaraq 200 qram meyvə-tərəvəz yedikdə isə, risk 13% azalıb.
Maraqlıdır ki, hər hansı məhsulla işemik insult riskinin artmağı arasında statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Lakin hemorragik insulta gəldikdə isə, tədqiqatlar zamanı məlum olub ki, gündəlik hər əlavə 20 qram yumurta onun yaranma riskini 25% artırıb. (ölkə.az)
Milli.Az /news.milli.az









100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
"Gərəksiz" deyilən həmin orqan xərçənglə mübarizə aparırmış: Faydasızdır deyib əməliyyatla götürürdülər
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi
Mustafa məhkəməni uduzdu - Serbiyada ev alacaq
Kızılcık şərbəti'ndən qovulan Doğukan bu serialda çəkilir
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR