Qırış olmasını istəmirsizsə bunları edin - Xanımlara ÖZƏL

Qırış olmasını istəmirsizsə bunları edin - Xanımlara ÖZƏLDüz yatın

Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır. Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür.

Daha çox balıq, xüsusən də somon balığı yeyin

Somon (və digər balıqlar) balığının tərkibində protein boldur. Dərinin sağlam və sıx qalmasını təmin etməklə yanaşı, Omega-3 kimi tanınan yağ turşuları ilə zəngindir. Mütəxəsisslər lazım olan yağ turşularının dərini qidalandırdığını, dolğun və gənc göstəridiyini deyib. Qırışları da azaldır.

Gözlərinizi yığmayın və eynək alın

Gözlər yığaraq nəsə oxuyarkən üz əzələləri daha çox işləyir və dərinin altında boşluqlar əmələ gəlir. Gözləriniz zəif görürsə, mütləq eynək alın. Beləcə gözlərinizin ətrafı günəşdən və digər mənfi təsirlərdən qorunmuş olacaq.

Alfa hidroksi turşularından bol istifadə edin

Təbii meyvə turşuları dərinin üstündəki ölü hüceyrə təbəqəsini qaldırır, göz ətrafındakı incə cizgi və qırışları azaldır.

Qırış əleyhinə ən ideal üsullar

Qəhvə yerinə kakao

Journal of Nutrition 2006-cı ildə apardığı bir araşdırmada kakaonun dərini günəş şüalarından qoruyan təsirə malik olduğunu açıqlayıb. Kakao dəridəki hüceyrələrə təsir edərək onun daha yumşaq görünməsini təmin edir. Həm də çox dadlıdır. Qəhvə isə dəridə qırışların yaranmasını sürətləndirir.

Üzünüzü çox yumayın

Maryland Universiteti tibb fakültəsinin dermatoloqlarının fikrinə görə, gündəlik istifadə etdiyimiz su, dəridəki yağların və qırışların qarşısını alan nəmin itməsinə səbəb olur. Ona görə də üzünüzü tez-tez yumayın. Suyun yerinə nəmləndirici çəkin.

C vitamini

C vitamini dərini ultrabənövşəyi şüalardan qoruyur. Pigmentləri azaldır və dəridəki iltihab problemini yaxşılaşdırır.

Çoxlu soya yeyin

Araşdırmalar soyanın günəşin yaşlandırıcı zərərlərindən qoruduğunu göstərir. Soya balıq, yaşıl çay, üzüm və pomidorun tərkibində var. Lakin öz təsiri 6 aydan sonra göstərir.

Dəri baxımı

Dərinin gənc görünməsini istəyirsinizsə, lazım olanları mütləq yerinə yetirin.

Günəşdən qaçın

Günəş əleyhinə krem çəkin

Siqaret çəkməyin

Nəmləndirici çəkin

Su için

Normal yuxu rejimi ilə yatın

Gözəllik və Moda     Baxılıb: 3027   Tarix: 13 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

sade makiyaj sekilleri geyim necə seçməli həkim məsləhəti qizil sozler kakos yagi sinir sistemi dolmalar kosmetika paxlava hesaplama olumu namiq qaraçuxurlu qizlar