Qırışlara yaxşı təsir edə biləcək yağlar hansılardır?

Qırışlara yaxşı təsir edə biləcək yağlar hansılardır?İnsan yaşa dolduqca xüsusilə üz bölgəsində iştirak edən dərinin elastiklik xüsusiyyətini itirməyə başlaması səbəbindən qırışlar meydana gəlməyə başlayır. İnsan duyğularını müəyyən etmək üçün aktiv bir şəkildə üz mimikalarını istifadə edir. Mimikalar üz bölgəsində iştirak edən dərinin qatlanmasına və bu qatlanan yerlərin də zamanla qalıcı xətlər (qırışlar) əmələ gətirməsinə səbəb olur. Sağlam bəslənən insanlarda dəri vitaminləri yetkin səviyyədə aldığından qırışlar bir çox digər insanlara nisbətən daha gec yaşlarda meydana gəlir. Əgər vaxtında balanslı bəslənməmə səbəbindən erkən yaşlarda dəri qırışları ilə mübarizə etmək məcburiyyətində qalmısınızsa, təbii yağlardan faydalanaraq bu pis görünüşü qısa müddət içərisində aradan qaldıra bilərsiniz. Hansı yağı istifadə etsəniz də, yaşınıza paralel olaraq əmələ gələn qırışların önünə keçə bilməyəcəksiniz, lakin əmələ gələn "xəttlərin" ddərin hal almasına maneə yarada bilərsiniz. Qırışları aradan qaldıran təbii yağlar. Dərinin ən önəmli güc qaynağı sudur. Dəri probleminiz varsa xüsusilə sudan istifadə etməyə diqqət yetirin. Ayrıca qırışları aradan qaldırmaq üçün təbii yağlardan istifadə etmək istəmirsinizsə içərisində bol miqdarda A, C və E vitaminlərini saxlayan qidaları qəbul etməniz tövsiyə olunur. Qidalanma ilə problemləri aradan qaldırmaq uzun sürdüyünə görə gəlin hansı təbii yağları istifadə edə biləcəyimizi öyrənək. Yerkökü toxumu yağı: Yerkökü toxumundan əldə edilən yağ dərini xüsusilə günəşin zərərli şüalarından qoruyur. Ayrıca yerkökü yağının dərini dartma kimi xüsusiyyəti də vardır. Yerkökü toxumu yağı hüceyrələrin oksigen baxımından zənginləşməsini təmin edir və bu səbəbdən də dəri özünü daha qısa müddət içərisində yeniləyir. Yenilənən dəridə əvvəldən meydana gəlmiş qırışlar da aradan qalxar. Kök toxumu yağını uzun zamandan bəri istifadə edənlər daha gənc göründüklərini dilə gətirirlər. Hind yağı: Bu yağ qədimdən dəri qırışları üçün istifadə olunan yağlardan biridir. Qədim Misir qadınlarının dərilərini nəmləndirmək və dərilərinə canlılıq vermək üçün Hind yağından istifadə etdikləri söylənilir. Bir çox insanlar saçlarının həddindən artıq quru olduğuna görə bu yağı saç baxım məhsulu olaraq da istifadə edirlər. Hindqozu yağı: İstifadə edilən yağlar içərisində qırışları aradan qaldırma mövzusunda ən təsirli yağ Hindqozu yağıdır. E vitamini baxımından zəngin olduğu üçün yaranan dərin qırışların qısa müddət ərzində incəlməsini və dərinin nəmlənməsini təmin edir. Həddindən artıq dərəcədə nəmləndirici xüsusiyyəti olmasına baxmayaraq dərini yaxşı dərəcədə dartma xüsusiyyətinə də malikdir. Zeytun yağı: Dəriyə qulluq yağlarına artıq dərəcədə pul vermək istəməyənlər bu yağı seçirlər. Yaşlanmanın qarşısını almaq xüsusiyyəti olan bu yağın içərisində yetəri qədər A və E vitaminləri vardır. Bir çox adam qiymətinin aşağı olmasına görə təsirinin yetərli olmayacağını düşünsə də qeyd etmək lazımdır ki, alacağınız bir çox yağa nisbətən təbii olması səbəbindən zeytunyağı dərinizi daha yaxşı bəsləyəcək və dərinizin daha gənc bir görünüşə qovuşmasını təmin edəcək. Təbii yağlar dəriyə necə tətbiq olunur? Cildi nəmləndirmə və dartma xüsusiyyəti olan bu yağları istifadə etməzdən öncə ilk növbədə, dəri tozdan və çirkdən gözəlcə təmizlənməlidir. Təmizləmə əməliyyatının ardından bir pambığa təbii yağ damlatılmalı və həddindən artıq təzyiq tətbiq etmədən dəriyə masaj edilməlidir. Həddindən artıq dərəcədə dəriyə təzyiq olunarsa bu dərinin soyulmasına və yara meydana gəlməsinə səbəb ola bilər. Yağ vurma əməliyyatı bitdikdən sonra təxminən 10 dəqiqə qədər gözləyin və ardından dərinizi yağdan təmizləmək üçün ilıq su ilə yuyun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1776   Tarix: 20 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər