Qırmızı düyünün faydaları

Qırmızı düyünün faydalarıQırmızı düyü digər düyülərin arasında ən faydalı sayılır.
Adətən istifadə etdiyimiz ağ düyü ilə (aş düyüsü) müqayisədə qırmızı düyü xüsusi emaldan keçmir ki, onun faydalı maddələrlə zəngin olan xarici qişası saxlanılır.
Qırmızı düyü B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin, saçların, dırnaqların, dərinin sağlamlığı üçün olduqca vacibdir.
Saglamolun.az bildirir ki, maqneziumla zəngin olan qırmızı düyü əzələlərin (o cümlədən, ürək əzələsinin) tonusda olması üçün çox vacibdir. Həmçinin bu düyüdə ürəyin sağlamlığı üçün vacib olan digər maddə - kalium da var.
Qırmızı düyü kalsiumla da zəngindir. Kalsium sümüklərin, dişlərin möhkəmliyini təmin edir.
Qırmızı düyü antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmin qocalmasını sürətləndirən sərbəst radikallarla mübarizə aparır, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafı riskini azaldır.
Qırmızı düyünün tərkibində olan və ona belə spesifik rəng bəxş edən "parasionid" maddələri dərinin vəziyyətinə çox müsbət təsir edir - elastikliyini artırır, qırışları azaldır, piqmentasiyanın qarşısını alır.
Qidalı liflərlə zəngin olan qırmızı düyü bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən ziyanlı maddələrin (şlaklar, toksinlər və s.) çıxmasını sürətləndirir, qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.
Qırmızı düyü orqanizm tərəfindən yaxşı mənimsənilir. Həmçinin qırmızı düyü insanı uzun müddət ərzində tox saxlayır ki, bu da arıqlamaq istəyən insanlar üçün çox vacibdir.
Qırmızı düyü aşağı qlikemik indeksə malikdir ki, şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qidalanmasına rahatlıqla daxil edə bilərlər.
Qırmızı düyünün tərkibində qlüten maddəsi yoxdur. Bir çox insanlarda qlütenə qarşı dözümsüzlük var. Bu maddə onların orqanizminə düşdükdə bağırsaqların xroniki iltihabına və müxtəlif ağır mədə-bağırsaq sistemi xəstəliklərinə səbəb olur. Qlüten əksər taxıl bitkilərinin (buğda, arpa, covdar, yulaf  və s.) tərkibinə daxildir. Bu səbəbdən qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər bu bitkilərin qəbulundan imtina etməlidir.
Qırmızı düyünün bişirilmə müddəti ağ düyü ilə müqayisədə daha çoxdur. Faydalı olmaqla yanaşı qırmızı düyü çox xoş və qeyri-adi dada malikdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1372   Tarix: 07 dekabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

geyim dəbləri toy makiyajlari kosmetik vasiteler meyvələr almaniya haqqinda melumat sevişmə xinayaxdi ucun bayatilar kosmetika kahfe kali naz mila terezi novruz bayramina aid hakistalar bayatılarımızda vətən həsrəti