Qırmızı şərab insanı bu riskdən QORUYUR
Şərab içmək kataraktanın inkişaf riskini 23 faiz azalda bilər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı London Universitet Kollecinin oftalmoloqları araşdırma aparıblar. Araşdırmanın nəticəsi "Ophthalmology" jurnalında dərc edilib.
Bildirilir ki, tədqiqatçılar 490 mindən çox insandan qidalanmaları, alkoqol qəbulu və xəstəlikləri haqqında məlumatlar toplayıblar. Məlum olub ki, az və orta dərəcədə alkoqol istehlakı (həftədə 14 vahid - təxminən 10 bokal şərab və ya altı stəkan pivə) kataraktanın inkişaf riskinin azalması ilə korrelyasiya edib.
Ən çox əlaqə qırmızı şərabla bağlı olub: onu istehlak edənlərin katarakta müalicəsi ilə əlaqəli əməliyyata ehtiyacları 23 % daha az olub. Pivə və digər alkoqollu içkilərin təsiri daha az olub.
Hələlik bu təsirin səbəbi məlum deyil. Ancaq iş şərabın tərkibində olan və orqanizmdə qoruyucu rol oynaya biləcək polifenollarda, birləşmələrdə ola bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi