Qırmızı şərab koronavirusdan qoruyur?
Qırmızı şərabın koronavirusdan qoruduğu, müalicəvi xüsusiyyətlərinin olduğu haqda mütəmadi olaraq fikirlər səslənir. Ümumiyyətlə, koronavirus infeksiyası da daxil olmaqla müxtəlif xəstəliklərin müalicəsi, profilaktikası üçün qırmızı şərabdan istifadə olunması tövsiyə olunur. Amma bu, ciddi araşdırmalarla təsdiqlənməyib.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan narkoloq, narkoloji klinikanın rəhbəri Ruslan İsaev qırmızı şərabın faydaları haqqında çoxlu sayda məqalələr olduğunu deyib: "İddialara görə, şərab orta dozalarda qəbul edildikdə, hətta şiş əleyhinə də təsir göstərir və eyni zamanda alkoqol bakteriya və virusların inkişafına mənfi təsir edir. Ancaq bunların hamısı fikirdir. Bu elə bir mifdir ki, inanmaq çox xoşdur, ona görə də yəqin ki, mövcuddur".
Mütəxəssis qeyd edib ki, qırmızı şərabın bu cür xüsusiyyətlərini real olaraq qiymətləndirmək çətindir, çünki bu mövzuda hələ hər hansı bir böyük tədqiqat aparılmayıb.
R. İsaev, alkoqollu içkilərin tənəffüs yollarında koronavirus hissəciklərini məhv etməsi haqda fikrlərin də həqiqətə uyğun olmadığını söyləyib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir