Qış depressiyasından necə çıxmaq olar?
Psixiatrlar qış aylarında ortaya çıxan mövsümi duyğu dəyişimi haqda məlumat veriblər. İnsanları qışda pessimist edən səbəblər hansılardır?
Milli.Az olke.az-a istinadla xəbər verir ki, ətraf aləmin təsiri ilə insan psixologiyası daima dəyişkən xarakter daşıyır. Qış mövsümündə havaların soyuq keçməsi, qapalı məkanlarda çox vaxt keçirmək, günlərin qısalması insanların psixologiyasına təsir edir. Günəş şüalarının azaldığı qış aylarında neqativ düşüncələr bəzi insanları daha çox narahat edir. Qış depressiyasının təsir etdiyi insanlar halsız, kefsiz, qayğılı və zövqsüz olmağa başlayırlar. Həmin insanlar həyata uyğunlaşmaq da çətinlik çəkər və onlar Həyat mənasızdır hissinə qapılarlar.
Belə ki, qış depressiyasına düşməmək üçün psixiatrlar tövsiyyə verir:
- Havanın günəşli və mülayim olduğu günlərdə təmiz havaya çıxmaq və 1 saata yaxın gəzişmək lazımdır.
- Axşam tez yatıb, səhərlər tez oyanın.
- Gün ərzində yorğunluq çökərsə 15 dəqiqə gözləri bağlayıb dincəlmək lazımdır.
- Gün ərzində 3 dəfə yemək yeyilməsi mütləqdir. Tropik meyvələrin yeyilməsi daha məsləhətli hesab olunur.
- Və sonda psixiatrlar dostlarla əyləncəli vaxt keçirməyi tövsiyyə edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi