Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdır

Qışda narıncı rəngli meyvələrlə qidalanmaq xüsusilə faydalıdırGünəş işığının olmadığı və ya az olduğu günlərdə günəş rənginə oxşar meyvə-tərəvəzlərlə qidalanmaq orqanizmin normal fəaliyyətinə çox yaxşı təsir göstərir. Narıncı meyvə-tərəvəzlərin-balqabaq, şirin kartof, portağal, ərik, şaftalı, qreypfrut, bibər, yemiş, limon, kök, xurma, naringinin- tərkibində olan böyük miqdarda beta-karotin dərini hamarlaşdırır, ultra-bənövşəyi şüalardan qoruyur, mədə-bağırsağın işini normallaşdırır. Həmin rəngdə olan meyvə-tərəvəz əhvali-ruhiyyəni yüksəldir, orqanizmə enerji verir və susuzluğu yatırır.
Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, həkim və diyetoloqlar narıncı rəngli ərzaqları mütəmadi olaraq qida rasionuna daxil etməyi məsləhət görürlər, çünki onlar ürək-damar və xərçəng xəstəliyi riskini xeyli dərəcədə azaldır.

Yerkökü orqanizmin ağ ciyər və ürək xəstəliklərinə qarşı davamlılığına, təzə sıxılmış kök şirəsi isə bağırsağın funksiyasının bərpa olunmasına kömək edir. Onun sayəsində anemiya və halsızlıq zamanı orqanizm çox yaxşı bərpa olur, damarlar xolesterindən təmizlənir.

Şirin kartofun tərkibində mədə və öd kisəsinin işini stimullaşdıran maddələr var, diareya, iştahasızlıq və ya orqanizmin ümumi zəifliyi zamanı çox böyük fayda verir. Həddindən artıq tərləyənlərin ondan istifadə etməsi çox xeyirlidir. Şirin kartofun kökü artrit və revmatizmin müalicə və profilaktikası zamanı istifadə olunur.

Balqabaqdan hazırlanan xörəklər bir çox xəstəliklərin müalicəsi və profilaktikası zamanı məsləhət görülür. Balqabaq lətində çoxlu dəmir, fosfor və mis var. Məhz buna görə ateroskleroz və qanazlığı zamanı qidalanmaq yaxşı profilaktika hesab edilir.

Portağal C vitamini ilə zəngindir və antioksidant xüsusiyyətə malikdir. Portağal pektinlə zəngindir, pektin isə bağırsağın işini yaxşılaşdırır, artıq xolesterini orqanizmdən xaric edir, uzun zaman toxluq hissini saxlayır.

Limonun da tərkibi həmin vitaminlə zəngindir və onun sayəsində qanda xolesterinin səviyyəsini azaldır, maddələr mübadiləsini sürətləndirir.

Yeməkdən əvvəl yeyilən yarım qreypfrut və ya onun şirəsi çəki itkisinə səbəb olur.

Naringi həzmi normallaşdırır, piy yığılmasının qarşısını alır.

Sağlamlıq     Baxılıb: 2271   Tarix: 28 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

toy makiyajlari geyim dəbləri sade makiyaj sekilleri serebral iflic usaqlar dostluq haqqında atalar sözləri veten haqqinda bayatilar geyim 2026 kosmetika sirniyatlar gəncə qaynana hakista novruz hakıştası veten haqqinda bayati