Qışda saç tökülməsi nədən xəbər verir? - Mütəxəssis açıqladı
Saçların tökülüb yenidən uzanması insan həyatında təbii prosesdir və bu, sağlamlıq durumu da daxil olmaqla müxtəlif amillərlə bağlıdır.
Milli.Az xəbər verir ki, rusiyalı trixoloq və dermatoveneroloq Kira Kirnas qış aylarında saç tökülməsi ilə ciddi xəstəliklər arasındakı əlaqəyə aydınlıq gətirib.
Mütəxəssis bildirib ki, stress, yuxu rejimi, qidalanma və daxili orqanların xəstəlikləri saç tökülməsinə təsir göstərə bilər. Bununla belə, həyati təhlükə yaradan xəstəliklər zamanı saç tökülməsi heç vaxt əsas və yeganə əlamət olmur.
Onun sözlərinə görə, qan xəstəlikləri, İİV və vərəm zamanı saç tökülməsi müşahidə oluna bilər, lakin bu hallarda yüksək hərarət, halsızlıq, çəki itkisi, tez-tez xəstələnmə, limfa düyünlərinin böyüməsi və dəridə dəyişikliklər kimi daha ciddi simptomlar da ortaya çıxır.
Kira Kirnas vurğulayıb ki, əgər insan yalnız saç tökülməsindən şikayət edirsə və başqa narahatedici əlamətlər yoxdursa, səbəb adətən daha sadə faktorlarla bağlı olur. O, saç sağlamlığını qorumaq üçün vaxtaşırı trixoloq müayinəsini tövsiyə edib.
Asya
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib