Qızdırma zamanı xalq təbabəti üsulları

Qızdırma zamanı xalq təbabəti üsullarıAdətən uşağın hərarəti yüksələndə böyüklər qorxuya düşür və ona qızdırma salan dərmanlar verməyə tələsirlər.
Əslində hərarət virus infeksiyası fonunda yüksəlir. Xəstəlik çox vaxt orqanizmdə hərarətinin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü biruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin bunun öhdəsindən yaxşı gəldiyini göstərir.
Hərarət orqanizmin xəstəliyə reaksiyasıdır və immunitetin sağlam olmasına dəlalət edir, yəni qorxu hissi keçirmək lazım deyil. Lakin onun süni şəkildə salınması orqanizmin müdafiə qabiliyyətini zəiflədə bilər, ona görə də ciddi səbəb olmadan, yəni termometrin göstəricisi 38,5 dərəcəni keçmədikdə dərman verməyə ehtiyac yoxdur.
Qızdırmanı salmaq üçün bəsit tədbirlərdən başlamaq daha yaxşıdır. Əvvəlcə uşağı soyundurmaq lazımdır, çünki temperatur bəzən uşağın geyimi qalın olduğuna görə 1-2 dərəcə yüksəlir.
Südəmər körpənin hərarəti yüksələndə ilk növbədə onun əynindəki bezi çıxarmaq lazımdır, çünki o dərinin istilikvermə sisteminin işini və temperatur tənzimini pozur. Sonra bəzi müalicəvi tədbirlər görülməlidir.
1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətifəyə büküb havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazma əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz.
Hərarət qalxanda maye rejimi gözlənilməlidir. Südəmər uşaqları əmizdirmək, nisbətən böyük uşaqlara çoxlu maye, xüsusən də təbii tərlədici vasitələr - bal və ya moruq mürəbbəsi əlavə edilmiş cökə, Teaqrip və İmmunotea çayları içizdirmək lazımdır. Həmin məhlullar orqanizmi tərlədir, tərləmə isə hərarəti aşağı salır. Tərləmiş uşağı qurulamaq yox, paltarını dəyişdirmək lazımdır.
Lakin həkim göstərişi olmadan uşağı özbaşına müalicə edənlər arasında yeri gəldi-gəlmədi antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etməyə meyilli olanlar var. Bu, yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.
Qızdırmanı salmağın təbii yolları:
- Moruq mürəbbəsinin müsbət təsiri haqda demək olar ki, hər kəsin məlumatı var. Bu meyvələrin tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetil-salisil turşusunun - təbii aspirinin olmasıdır. Sən demə aspirin moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq  təbii asetil-salisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.
- Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən biri də portağaldır. Onun da tərkibində təbii asetil-salisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılır, üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Bu dadlı dərmanı gündə 3-4 dəfə içmək olar.
- Daha bir faydalı qızdırmasalıcı bişirməni əncir meyvəsinin qurusundan hazırlamaq olar. Bunun üçün 5 ədəd quru əncirin üzərinə 1 stəkan su əlavə olunur və 5 dəqiqə qaynadılır. Alınan bişirmə axşam yatmazdan əvvəl içilir. Uşaqlara məhlulun yarısını içirtmək olar. Əgər qızdırma ilə yanaşı öskürək də narahat edirsə, ənciri süddə bişirmək olar.
- Təbiətdə tərkibində aspirin olan bitkilər çoxdur. Məsələn, söyüd qabıqlarının belə bir xüsusiyyəti var. Qızdırmanı salır, baş ağrısını, oynaq və əzələ ağrılarını aradan qaldırır. Söyüd budaqları toplanır, yuyulur, qabığı soyulur və qurudulur. 1 litr qırmızı şəraba 50 qram qurudulmuş söyüd qabığı qarışdırılır, və 3 həftə dəmlənir. Qrip və qızdırma zamanı gündə 2 dəfə 1/4 stəkan qəbul olunur.
- Qızdırmanın kəskin yüksəldiyi zaman Teaqrip və İmmunotea çayları birlikdə dəmlənir və gün ərzində qəbul olunur. Müalicəvi çayların belə kombini həm qızdırmanı salır, həm də orqanizmin bakteriya və viruslara qarşı müqavimətini artırır.
- Qara gəndalaşın çiçəkləri də tez bir zamanda qızdırmanı salır. 1 xörək qaşığı çiçəklərin üzərinə 1 stəkan qaynar su əlavə olunur və 15 dəqiqə su hamamında dəmlənir. İlıq halda gündə 3 dəfə yarım stəkandan qəbul edilir. Uşaqlara yaşından asılı olaraq 1-3 xörək qaşığı verilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

qadın geyimi sade makiyaj sekilleri toy makiyajlari yuxuyozma qas qalinlasmasi ucun maskalar gundelik burcler şirniyyat və tortlar kosmetika sevgi sekis azerb clpaq qadinlari toyuq salati oxu az