Qızıl, gümüş və bürünc seks

Qızıl, gümüş və bürünc seksHər cütlüyün seks ehtiyacı zamana və şərtlərə görə dəyişə bilir. Cütlüklər sekslə məşqul olma təkrarlarını dəyişərək və fərqli şeylər sınayaraq daha rəngli və ehtiraslı bir əlaqəyə sahib ola bilirlər. Biri digərini çox zamanla mükafatlandıranda sadəcə fiziki deyil, romantik seksin də dadına çata bilirlər. Beləliklə cütlük həm bir-birini daha yaxın hiss edə bilir, həm də bir-birini nə qədər sevdiklərini göstərmə şansını əldə edə bilir. Sekslə məşğul olarkən sadəcə fiziki həzzi deyil, romantik həzzi də düsünmək lazımdır. Çünki hər nə qədər əks düşünülsə də, insanlar sadəcə fiziki zövq üçün seks etmir. Bəzən sadəcə sevildiklərini, arzuladıqlarını, dəyərli olduqlarını və bir başqasının onlara dəyər verdiyini hiss etmək üçün, partnyorları ilə sevişmək bəzən də sadəcə boşalıb rahat ola bilmək üçün seks istəyirlər. Bu səbəblə cinsəlliyi rahatlamış və boşalmış bir halda, sevişmənin və toxunmağın verdiyi həzzə diqqət edərək həzz alıb həzz verə bilmə, ruhu və bədəni paylaşa bilmə, nə olursa olsun bir şəkildə boşala bilmə elm və sənət olaraq təsvir edirik. Cütlüklər bu sənəti icra edərkən qızıl, gümüş və bürünc olmaqla üç cür seks təcrübəsi yaşaya bilir. "Qızıl seks" adını verdiyimiz keyfiyyətli seks ən azı iki saat çəkir. Kişilər ümumiyyətlə boşalmaya istiqamətli düşündükləri üçün seks haqqında yoldaşlarına ən qısa yoldan ən çox zövq verməyə səy göstərirlər. Bu səbəblə qadın doyum nöqtəsinə yaxınlaşarkən bir an öncə zirvəyə çıxa bilməsi üçün əllərindən gələni edirlər. Halbuki qadınlara daha çox zövq vermənin sirri, doyum nöqtəsinə yaxınlaşdıqdan sonra yavaşlamaq və eyni hərəkətləri təkrarlamaq lazımdır. Qadını belə ya da iki-üç dəfə doyum nöqtəsinə yaxınlaşdırıb, enerjisini tükətməkdən qabaq bir az yavaşlamağı təmin etmək, aldığı zövqü qat-qat artıra bilir. Doyum nöqtəsinə hər yaxınlaşmasında doyum istəyi biraz daha artdığı kimi, bədəni də boşalma və ya orqazma təmamilə hazırlanmış olur. Ön sevişmə vaxtı, belə uzandığı üçün, həm qadın daha güclü bir boşalma və orgazm hissi edə bilir, həm də boşalması və ya orqazmı daha çox ola bilir. Qızıl seks əlaqəsində sırayla kişi və qadın bir-birini bir neçə, doyum nöqtəsinə yaxınlaşdırıb, enerji səviyyəsinin düşməsinə icazə verir. Qızıl seks üçün kişinin cinsəl enerjisini və boşalmasını nəzarət altında tutması əhəmiyyət daşıyır. Qızıl seks üçün öncə kişinin müəyyən bir sürətlə nəticəyə doğru gedərkən, yavaşlayıb təkrar sürət qazanmasını öyrənməyi lazımdır. Bir neçə dəfə yüksək nizama çıxıb endikdən sonra, kişinin boşalma təlaşı azalır və seksin hər dəqiqəsindən daha çox zövq alır. Daha sonra qadının bir neçə dəfə doyum nöqtəsinə qədər yaxınlaşıb, geri gəlməsi lazımdır. Bu müddətdə qadının boşalmaya və ya orgazma yaxınlaşdığını yoldaşına bildirmək üçün bir sözü şifrə olaraq istifadə etməsi lazımdır. Bu işarəni alan kişi, təxminən otuz saniyəyə qədər təhrik edici oxşamalara ara verib, sonra təkrar başlaya bilər. Ancaq kisi fasilə verincə marağını təmamilə qadından çəkmək məcburiyyətində deyil. Yoldaşının bədənini ötəri olaraq təhrik edəcək şəkildə oxşamağı davam etdirə bilir və beləcə enerji səviyyəsinin yerləşməsinə fürsət verərək bu dəfə daha yüksəyə çıxara bilir. Beləcə cütlük aralarında gedib gələn sevgi axınını daha güclü olaraq hiss edə bilir. Qızıl seks üçün ön sevişməyə və sevgi oyunlarına daha uzun zaman ayırmaq və əvvəl qadının çatmasına diqqət etmək lazımdır. Gümüş seks otuz dəqiqə çəkir. Daha nadir yaşanan və "Bürünc seks" adını verdiyimiz sürətli seks təxminən üç-beş dəqiqə çəkir, isıq sürətində və tez... Qadının kişini rədd etmək yerinə onu təmin etməsinə verdiyi və daha çox kişinin boşalıb rahatlamasını hədəf alan bürünc seks, kişinin adrenalininin pik nöqtəsinə vurmasını təmin edir. Cütlüklərin seks repertuarlarına kişilərin fiziki (boşalma və rahatlama), qadınların isə romantik (sevdikləri kişi tərəfindən arzulanma və onu təmin etmənin keyfi) təminlərinin qabaq planda olduğu bürünc seks təcrübələrini əlavə etməsi, yaxın əlaqələrdə ehtirasın davam etməsi üçün işə yaraya bilər. Qadın bəzən sekslə məşqul olarkən tam havaya girə bilmir, orgazm təqlidi etmək yerinə, səmimi və dürüstcə "Tez bürünc sekslə məşğul olaq" deyə bilir. Beləcə həm yoldaşını yarı yolda buraxmır, həm təqlid olma mövzüsunda narahat olmasına ehtiyac qalmır, həm də bir açıqlama etmək məcburiyyətində olmur. Bu eyni zamanda qadının kişiyə mənəvi hədiyyəsi, onu nə qədər çox sevdiyini hiss etdirir. Həmçinin də çox zaman kişinin qadına sarılması, onu istəməsi və onunla təmin olması qadına yetə bilir. Seks etmə havasında olmasa belə, yoldaşını başdan çıxara biləcəyini düşünmək qadına zövq verə bilir. Hətta bəzən cütlük bürünc seksə başlaya bilir və zamanla qadın havaya girərək təmin oluna bilir. Bürünc seksə başlayan bir qadın həqiqətən havasında olub olmamağını da başa düşür. Kişi qadını sevgi və dəyər vermə istiqamətinə dəstəkləndiyini hiss etdirirsə, daha çox gümüş təcrübəsini yaşadacağını söz verərsə, qadın bürünc seks fikirinə daha çox açıq ola bilər.

Ailə və Uşaq     Baxılıb: 5481   Tarix: 04 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

geyim şəkilləri qaşların formalari geymler 2026 kontrasepsiya və abort idmandan sonra ne yemek lazimdi gözəllik və makiyaj dəridə ləklər kosmetika qiz evi prostat turpun nağlı suni mayalanma vətən haqqında atalar sözləri