"QIZIL QAN" - Bu nadir qandan dünyada 43 nəfərdə var

"QIZIL QAN" - Bu nadir qandan dünyada 43 nəfərdə varSon vaxtlara qədər tibbdə hər birinin öz alt tipləri olan yalnız 8 qan qrupu məlum idi. Ancaq daha sonra başqa bir qan qrupunun olduğu ortaya çıxdı, məhz buna görə qızıl adı verildi. 
Milli.Az Lent.az-a istinadla bildirir ki, çünki bu cür qan sahibini tapmaq çox çətindir - dünyada yalnız 43 nəfərin belə bir qrupu var.
Bu qan adi təsnifat sisteminə görə təsnif edilmir. Hamısı ona görədir ki, rezusu neytraldır. Ancaq elm və tibb baxımından bu qan böyük əhəmiyyətə malikdir.
Bərəkət, yoxsa lənət?
Bu qan qrupu  elm adamları üçün ciddi maraq doğursa da, sahiblərinin özləri üçün müəyyən dərəcədə təhlükə yaradır. Axı dünyada ağır yaralanma halında bu adama kömək edə biləcək bir çox potensial donor yoxdur. Bunun səbəbi belə alıcılar üçün yalnız onların qan qrupunun uyğun olmasıdır.
Belə qanın tərkibində digər qruplarda mövcud olan antigen yoxdur. İlk dəfə 1961-ci ildə, yerli bir Avstraliya sakinində aşkar edildikdə, "qızıl" qan haqqında danışmağa başlayıblar.
Əvvəllər həkimlər heç kimin bu tip qanla sağ qala bilməyəcəyinə əmin idilər. Rh agentləri olmadığı təqdirdə, embrionun ana bətnində belə mövcud ola bilməyəcəyi, daha az bir yetkin hala gələcəyi düşünülürdü. Lakin, hazırda elmə damarlarında "qızıl" qan axan yalnız 43 insan məlumdur.
Bu qan qrupu genlər vasitəsilə nəsillərə ötürülür. Ancaq onu miras almaq heç də asan deyil. Əksər hallarda, uşaq adi qan növü olan valideynin qrupunu alır.
İdeal donorlar
İnsan qanını qrupuna görə ayırmaq üçün ABO sistemi (ABO qan qrupu, qan plazmasında qırmızı qan hüceyrələrinin və antikorların səthində antigenlərin olub-olmadığını əks etdirən bir sistemdir) icad edilib. Hər bir eritrositin səthində təxminən 342 antigen ola bilər. Bunlar antikor zülallarının istehsalına məsul olan maddələrdir.
Antigen sayından asılı olaraq qan bu və ya digər qrupa daxil edilir. Mümkün 342 antigendən dünyanın əksər insanında yalnız 160-a yaxını var. Ən çox yayılmış A və B antigenlərinin olması halında, qan müvafiq olaraq qrup 2 və ya 3-ə aid edilir. Bu cür antigenlərin olmaması bir insanın birinci qan qrupuna sahib olduğunu göstərir. Hər iki antigen qanda olarsa, bu dördüncü qan qrupudur.
Yanlış qan köçürülməsi ölümcül ola bilər. Məsələn, üçüncü qan qrupu, içərisində fərqli antigenlərin olması səbəbindən ikinci ilə heç bir şəkildə uyğun gəlmir. Antigenlər uyğun gəlmirsə, orqanizm immunitet reaksiyasını başlayır və xarici bir orqanizm kimi qanlara hücum edər.
Bundan əlavə, qan Rh müsbət və mənfi ola bilər. Bu, C, D, c, E, e antigenlərinin olması və ya olmamasını göstərir. Bir çox insanda Rh pozitiv qanı var.
İnsanın Rh-pozitiv qanı varsa, heç bir zaman Rh-mənfi qan köçürülməməlidir. Bununla bu da xəstənin immunitet reaksiyasına və ölümünə səbəb olacaq. "Qızıl" qan məsələsində hər şey bir az fərqlidir. Eritrositlərinin səthində heç bir antigen tapılmır.
Buna görə də belə qan istənilən Rh və qan qrupu olan insanlara vurula bilər.
Ümumiyyətlə, resipiyentin nadir bir qan qrupuna sahib olduğu müstəsna hallarda istifadə olunur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1518   Tarix: 30 may 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

geyim necə seçməli aksessuarlar toy makiyaji sekilleri sevgi dünyası bas ortuleri 8 mart tebrikleri praktiki məsləhətlər kosmetika haxista sanama naz mila seksler masturbasiya nedir