Qızına 400 minlik toy edən məmurla bağlı ŞOK XƏBƏR! Bu gün...
Xanim.az xəbər verir ki, bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov məzuniyyətdən qayıdıb.
Bu barədə Modern.az-a Bakı Lift İdarəsindən məlumat verilib.
İdarə əməkdaşı Q.Şükürova cinayət işi açılması, həbs olunması ilə bağlı mediada yazılanların həqiqətə uyğun olmadığını qöyləyib.
"Qüdrət müəllim hazırda işinin başındadır", deyə o bildirib.
Qeyd edək ki, qızının 400 min dollarlıq toyu ilə bir müddət gündəm olan rəis barədə müxtəlif məlumatlar yayıldı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin "Bakı Lift"in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunuru.
Həmin vaxt bildirildi ki, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Qüdrət Şükürovla bağlı məsələnin dərhal araşdırılması və ölçü götürülməsi qərarı verilib. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırma aparıldığı, toyda iştirak edən şəxslər, bəylə-gəlinə mahnı həsr edənlərin dindirildiyi yazılırdı.
Amma rəsmi qurumlar bu məlumatları təsdiqləmədilər.
Bu gün Qüdrət Şükürovun işinin başında olması da yazılanların sadəcə iddia olduğunu təsdiqlədi...
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin