Qlaukoma

QlaukomaQlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur. 40 yaşdan yuxarı hər 40 nəfərdə bu xəstəliyə rast gəlinir. Bu xəstəlikdən əziyyət çəkən hər 20 nəfər isə görmə qabiliyyətini itirir. Qlaukomanın yaranmasının əsas səbəblərindən biri insanların həddindən artıq günəş şüalarına məruz qalmasıdır. Günəş işığı və isti mühit qlaukomanın yaranmasına birbaşa səbəb olur.
YARANMA SƏBƏBİ
İnsan gözündə olan maye gözün qidalanması üçün əsaslı əhəmiyyət daşıyır. Bu maye eyni zamanda müntəzəm şəkildə kanallar vasitəsi ilə xaric olunur. Qlaukoma göz daxilində olan mayenin rahat boşala bilməməsi nəticəsində yaranır və əsasən mayenin boşalmasının təmin edən kanalları zədələyir. Göz daxilində olan mayenin kənara atıla bilməməsi nəticəsində göz təziqi yüksəlir və təziqin yüksəlməsi nəticəsində görməni təmin edən sinir hüceyrələrinin inkişafı əngəllənir. Göz təziqinin yüksəlməsi nəticəsində qabaqlayıcı tədbirlər görülmədiyi halda insanın görməsində daralmalar başlayır. Görüş məsafəsinin daralması ədətən ətrafdan mərkəzə doğru olmaqla inkişaf edir. Proses bütün hüceyrələrin məhv olmasına qədər davam edir və bütün hüceyrələr öldükdən sonra insanda ömürlük korluq halı baş verir.
Müalicəsi
Qlaukoma xəstəliyinin tam müalicəsi yoxdur. Buna baxmayaraq modern tibb dünyası xəstəliyinin müalicə edilməsində ildən-ilə yeni uğurlar əldə etməkdədir. 1970-ci ildə qlaukoma xəstələri üçün cəmi 1 göz damcısı kəşf edilsədə 2014-cü il üçün bu rəqəm 75-dən çoxdur. XX əsrdə qlaukoma üçün olan göz damcılarını gündə bir necə dəfə gözə damızdırmaq lazım gəlirdisə hal-hazır ki, göz damcılarının daha güclü tərkibinə malik olması səbəbindən 12 saatdan bir gözə tökülməsi kifayət edir. Qlaukoma xəstəliyinin müalicəsi üç mərhələyə bölünür; Dərman müalicəsi, lazer əməliyyatı və cərrahi əməliyyat. Dərman müalicəsi xəstəliyin ilk mərhələsində olan şəxslərə tətbiq edilir. Gözə tökülən dərmanlarla göz daxili təzyiqin stabil saxlanılmasına çalışırlar. Dərman müalicəsinə müsbət cavab verməyən və yaxud xəstəliyin daha sonrakı mərəhələlərində olan şəxslər üçün isə lazer əməliyyatı gecəkləşdirilir.
Lazer və ya cərahiyyə əməliyyatlarda göz daxili mayenin rahat boşala bilməsi üçün gözün daxilində əlavə kanallar açılər. Qlaukoma xəstəliyinin müalicəsi olmadığından aparılan müalicə tədbirlərində əsas məqsəd vəziyyətin inkişaf etməsinin qarşısının alınması və ya olduğu kimi saxlanılmasıdır. Qlaukoma xəstələri üçün mühüm olan məsələlərdən biridə göz damcılarının düzgün və vaxtı-vaxtıda istifadə olunmasıdır. Son illər bu sahədə əldə olunan yeni uğurlar sahəsində keçirilən lazer əməliyyatları göz damcılarından istifadəsiz bir həyat vəd etməkdidir. Belə ki, uğurla başa çatan əməliyyatın ardından bir qlaukoma xəstəsi bir necə il göz damcısı tökmədən göz daxili təziqini normada saxlaya bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1006   Tarix: 24 fevral 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

donlar 2026 yaz geyimleri 2026 kosmetik vasiteler ekzema xəstəliyi hakışta xınayaxdı sözləri hicab baglamaq usullari cennet almasinin murebbesi kosmetika tapmaca qiz burcu vətən həsrəti zencefil hakistalar