Qocalmanı ləngidən dərmanlar. Yeni araşdırmalar

Qocalmanı ləngidən dərmanlar. Yeni araşdırmalarAlimlər çoxdan fikir veriblər ki, bəzi dərmanlar və maddələr insanın həyatını uzatmaq, qocalmanı ləngitmək qabiliyyətinə malikdir.
Belə dərmanları "heroprotektor" adlandırırlar, yəni "qocalığın qarşısını alan dərmanlar".
Belə dərmanlardan biri şəkərli diabet xəstəliyinin müalicəsində istifadə olunan metformin dərmanıdır. Rus alimləri tərəfindən laborator siçovullar üzərində aparılan eksperimentlər göstərib ki, metformini qəbul edən heyvanlar daha çox yaşayıb. Həmçinin bu preparat onlarda süd vəzi xərçənginin inkişafını ləngidib.
İngiltərə və Amerika alimləri metformini qəbul edən 70 min şəkər xəstələrinin sağlamlığını analiz ediblər. Məlum olub ki, bu insanlarda metformini qəbul etməyən insanlarla müqayisədə xərçəngin riski 35-40% az idi və onlar 15% daha çox yaşayırlar. Sübut olunub ki, bu preparat ateroskleroz, xərçəng xəstəliyi zamanı yaxşı müalicəvi təsir göstərir.
Amerikada metformin artıq heroprotektor kimi qəbul olunub və onu qocalığı ləngidən vasitə kimi insanlara təyin edirlər.
Melatonin maddəsini də "heroprotektor" adlandırmaq olar. Bu maddə insan orqanizmində gecə ifraz olunur və yuxunu tənzimləyir. Eksperimentlər zamanı bu maddə siçovullar və siçanlara yeridildikdə onların həyatı xeyli uzanırdı.
Həmçinin melatonin onkoloji xəstəliklərinin müalicəsində də istifadə olunur.
Kiçik dozalarda təyin olunan aspirin də insanın həyatını uzatmaq və xərçəng xəstəliklərinin qarşısını almaq qabiliyyətinə malikdir. Lakin aspirinin bəzi yanaşı təsirləri və əks-göstərişləri var ki, bu səbəbdən aspirin çox ehtiyatla təyin olunur, bəzi xəstəliklər zamanı isə ümumiyyətlə təyin olunmur.
Resveratrol (polifenol) maddəsi üzüm çəyirdəklərinin və qırmızı çaxırın tərkibinə daxildir. Bu maddə cavanlaşdırıcı təsirə malikdir, qocalmanı ləngidir, ürək-damar sistemi xəstəliklərindən qoruyur.
Hal hazırda bütün dünyada qocalmanın qarşısını alan dərmanlarla bağlı geniş araşdırmalar davam edir və müsbət nəticələr verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 941   Tarix: 11 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

gelinlikler qadın geyimi gözəllik məhsulları mürəbbələr tanınmış qadın simalar çantalar gavalı salatı kosmetika irem derici vicdan dolca faydalı bilgilər vusale elizade