Qoxu qabiliyyətinin itməsi nədir? - SƏBƏBLƏR

Qoxu qabiliyyətinin itməsi nədir? - SƏBƏBLƏRİybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb. Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır. Qoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır?
Milli.Az medicina.az-a istinadən bildirir ki, insan təqribən on minə yaxın qoxunu seçmək qabiliyyətinə malikdir. Bəzi alimlər burunla ətraf mühitdən cəmi 2 faiz məlumat aldığımızı iddia edirlər, amma bu hiss orqanının insan üçün əhəmiyyəti danılmazdır. Bəzi peşə sahibləri isə iybilmə qabiliyyətini itirsələr, özlərinə başqa iş axtarmalı olacaqlar. Məsələn, aşpazlar, ətriyyat sahəsində çalışanlar, ya da hər hansı bir məhsulu dequstasiya edən insanlar mütləq bu hissə arxalanmalıdırlar.
Qoxu rəngarənglik, duyula bilən fərqli iylər zövq bəxş etdiyi kimi müxtəlif təhlükələrdən də qoruyur.
İybilmənin tam itirilməsi tibdə anosmiya adlanır. Bu, nadir hallarda rast gəlinən patologiyadır. İybilmənin qismən itirilməsinə isə hiposmiya deyilir. Hər iki xəstəlik həm anadangəlmə, həm də qazanılmış ola bilər.
Hər iki hal həm anadangəlmə, həm də qazanılmış ola bilər. Anadangəlmə anosmiya qoxu yollarının inkişaf etməməsi nəticəsində yaranır və bir çox hallarda kəllənin üz və burun hissəsinin anomaliyaları ilə birlikdə müşahidə olunur.
Qazanılmış anosmiya həm mərkəzi, həm də periferik mənşəli ola bilər. Mərkəzi və ya beyin anosmiyası mərkəzi sinir sisteminin ensefalit, meningir, kəllə-beyin travmaları və şiş xəstəlikləri nəticəsində yaranır.
Qoxunun periferik əskikliyi müxtəlif səbəblərdən baş verə bilər:
- funksional anosmiya nevrozlar, isteriya, tənəffüs yollarının infeksion xəstəlikləri və allergik rinitlərlə əlaqədar olur
- respirator anosmiya burun çəpərinin əyriliyi, burun-udlaq şişləri, adenoid kimi patologiyaları zamanı inkişaf edir, hava qoxu sinirinin periferik reseptorları olan hissəyə keçə bilmir
- essensial anosmiya iltihabi proses, travma, termiki və ya kimyəvi yanıqla əlaqədar olaraq qoxu reseptorlarının zədələnməsi zamanı yaranır
- qocalıq anosmiyası - yaşla bağlı burunun selikli qışasının atrofiyası ilə əlaqədar olur.
Anosmiyanın müalicəsinə başlamazdan əvvəl onun mənşəyinə və yaranma səbəbinə dəqiq diaqnoz qoyularaq xəstənin baş beynin komyuter tomoqrafiyası və neyrocərrahın müayinəsindən keçirilir. Qoxunun tədqiqi test vasitəsilə aparılır. Məsələn, rus fizioloqu Bernşteyn qoxu analizatorunun müxtəlif hissələrinə təsir edən 8 müxtəlif ətirli maddədən istifadə etməyi təklif etmişdir. Bu cür müayinə problemin dəqiq lokalizasiyasını və qoxu hissinin itirilməsinin səbəbini aşkar etməyə imkan verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1909   Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qis geyimləri 2026 yay kolleksiyasi sade makiyaj sekilleri kompot çanta ayaqqabı şaftalının xeyri cizgi filmləri kosmetika saglam qidalanma baldiza aid masturbasiya nedir azərbaycan gözellik