Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?

Qoz, fındıq, badam hansı qorxulu xəstəlikdən qoruyur?Araşdırmaya görə, orta yaşlardan etibarən quru meyvələr (qoz, fındıq, badam, püstə və s.) yemək demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) riskini azaldır.
Milli.Az Lent.az-a isitnadən bildirir ki, Sinqapur Milli Universitetində aparılan araşdırmanın nəticələrinə görə, alimlər hesab edir ki, bu meyvələri qırx yaşdan etibarən nizamlı şəkildə qəbul edənlərdə demensiyanın inkişaf riski daha azdır. 
Alimlər 1993-2016-cı illər arasında təqribən 17 min nəfəri izləyərək onların idrak funksiyalarını pəhriz və qidalanmalarına görə qiymətləndiriblər. Tədqiqatçılar həftədə iki dəfə və ya 40 yaşından başlayaraq daha çox quru meyvələr- qoz, fındıq, badam və s. yeyən insanların ayda bir dəfədən az yeyənlərə nisbətən 60 yaşdan sonra yaddaş problemi ilə 20 faiz daha az qarşılaşdqlarını qeyd ediblər.
Tədqiqat həftədə bir dəfə qoz-fındıq yeyənlərin belə, 60 yaşdan sonra beyin funksiyasının pozulma ehtimalının 19 faiz daha az olduğunu ortaya çıxarıb. 
Bu, fındıq, qoz və badam kimi quru meyvələrin qocalıqda demensiya riskini azalda biləcəyini göstərən ilk tədqiqat işi deyil. Cənubi Avstraliya Universiteti tərəfindən 2019-cu ildə 55 yaşdan yuxarı 5000 nəfərlə bağlı aparılan bir araşdırmada, gündə yalnız 10 qram qoz-fındıq yeyənlərdə beyin funksiyalarının 60 faizə qədər inkişaf etdiyi və demensiya riskinin azaldığı məlum olub.
Demensiyanın ən çox görülən ilk simptomları yaddaş itkisi, konsentrasiya problemi, gündəlik iş qaydalarını yerinə yetirməkdə, danışmaqda və ya doğru sözü tapmaqda çətinlik, vaxt və məkanla bağlı qarışıqlıq, əhval-ruhiyyənin dəyişməsi hesab olunur. Bu simptomların ümumiyyətlə, zəif bir şəkildə başladığı və zaman keçdikcə daha da kəskinləşdiyi bildirilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1844   Tarix: 03 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

gelinlikler yaz geyimleri 2026 sac duzumleri gənc qalmağın sirləri aysel elizade sevgilisi plastik əməliyyat hamiləlikdən sonra kosmetika qardasa aid haxistalar kəlamlar masturbasiya kokelmek novruza aid hakisda