Qrip və koronavirusun ikiqat TƏHLÜKƏSİ: Gənclər yoluxacaq

Qrip və koronavirusun ikiqat TƏHLÜKƏSİ: Gənclər yoluxacaqHəkimlər ikinci COVID-19 dalğasının birincidən daha təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etməyə davam edir. Bunun səbəbi koronavirusun payız üçün ənənəvi tənəffüs yolları xəstəlikləri ilə üst-üstə düşməsidir. Bu halda virus sadəcə yaşlı insanlar və xəstələr üçün deyil, güclü immuniteti olan gənclər üçün də təhlükəlidir.
Publika.az xəbər verir ki, rusiyalı bioloq Nikolay Kontarov gənclərin aktiv həyat tərzi səbəbilə virusa yoluxma ehtimalının daha yüksək olduğunu qeyd edib. Gənclər böyük şirkətlərdə görüşərək və müxtəlif izdihamlı yerləri gəzərək həyatlarını tam şəkildə yaşamağa davam edirlər. Odur ki, həm koronavirusa, həm də qripə yoluxa və onu yaya bilərlər. Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə yeni tip virusun yayılması davam etdiyi üçün qrip hər yaş qrupu üçün təhlükəli ola bilər:
"Ancaq bu il vəziyyət fərqlidir. Ağciyərlərdə çoxalan iki virus tənəffüs sisteminə ikiqat zərbə vurur. Hər qrip müalicəyə müsbət cavab vermir. Üstəlik, virusun sonrakı fəsadları hələ də tam məlum deyil".
Mütəxəssisin fikrincə, ağır sinir xəstəlikləri də daxil olmaqla bir çox xəstəlik viral etimologiyaya malikdir. Onların yaranmasının səbəblərindən biri – keçirilmiş infeksiyalardan virusların orqanizmdə mövcudluğudur. Orqanizm güclü intoksikasiyaya məruz qalır, qaraciyər və böyrəklər yüklənir. Çox vaxt bir çox virus ürək kisəsinə də mənfi təsir göstərir. Əsas təhlükə bütün bunların dərhal görünməməsi ilə bağlıdır.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis İlya Akinfiyev isə qrip və koronavirusun insan orqanizminə birgə təsirinin hələ araşdırılmadığını, lakin uzunmüddətli nəticələrin təsəvvür edilə biləcəyini qeyd edib:
"Qrip virusunun dövriyyəsi noyabr ayında başlayır və mart ayına qədər davam edir. Lakin hələ belə hallar olmayıb və ümid edirik ki, peyvəndin köməyi ilə bu cür xəstələrin sayını minimuma endirmək mümkün olacaq".
Mütəxəssisin dediyinə görə, ehtimal ki, apreldə gördüyümüzdən daha ağır sətəlcəm halları olacaq. Daha sürətli inkişaf edəcək və xəstəlikdən intoksikasiya daha güclü olacaq.
Qamaleya Mərkəzinin direktoru Aleksandr Qintsburq yaxşı interferon statusuna sahib insan orqanizminə koronavirusun minimal təsir etdiyini və gənclərin virusu bir qayda olaraq yüngül keçirdiyini bildirib. Mütəxəssis bunu COVID-19-un interferona çox həssas olması ilə izah edib: "Qrip virusu isə interferona daha az həssasdır, buna görə gənclər daha tez-tez qripə yoluxur. Odur ki, əvvəlcə qripə qarşı peyvənd vurdurmaq lazımdır, 1,5 ay sonra koronavirusa qarşı çox miqdarda peyvənd peyda olacaq. İnsanlıq öhdəsindən gələcək", - Qintsburq qeyd edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2519   Tarix: 18 sentyabr 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

turlar.az

kosmetika mehsullari qadin sayti donlar 2026 kaktusa qulluq aliment almaq allergiya dirnaq manikuru kosmetika maraqli hakistalar orqazm kəlamlar masturbasiya nedir atalar sozleri