Qulaq infeksiyasına əlvida! həkimsiz və dərmansız 1 gün ərzində bu infeksiyanı müalicə etmək mümkündür!

Qulaq infeksiyasına əlvida! həkimsiz və dərmansız 1 gün ərzində bu infeksiyanı müalicə etmək mümkündür!Qulaq ağrısı orta qulağın infeksiyası xəstəliyidir. Qulağın iltihabi prosesi isə otit adlanır. Xəstəlik əksər hallarda yuxarı tənəffüs yollarının infeksiyaları - soyuqdəymə və qripdən sonra yaranır. Ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi də qulaq iltihabına səbəb olur. Bununla yanaşı, burun-udlaqda baş verən adenoid və burun çəpəri əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır.
Həmçinin, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi qulağın təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.
Otitlər daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetinin zəifliyindən asılıdır.
Hər cür qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. SaqlamHeyat.az xarici mətbuata istinadən , qulaq iltihabını aradan qaldıran təbii müalicə üsullarını təqdim edir:
1. Alma sirkəsi
Alma sirkəsi qulağın ph dəyərini tarazlaşdırmaq üçün çox yaxşı təbii vasitədir. Qulaq üçün damcı butulkasını təmizləyib sildikdən sonra içinə alma sirkəsi tökün. Bu şüşədən infeksiyalı qulağınıza bir neçə damcı damcıladın. Qısa müddətdən sonra qulağınızın yaxşılaşdığını və ağrınızın yüngülləşdiyini hiss edəcəksiniz. Sirkə damcılatdıqdan sonra qulağınızı təmiz pambıq parçası ilə tıxayıb bir neçə dəqiqə bu şəkildə gözləməyi unutmayın.
2. Zeytun yağı
Qədim dövrlərdən bu yana bir çox xəstəliyin müalicəsində istifadə olunan zeytun yağı qulaq infeksiyaları üçün də effektlidir. Bunun üçün az miqdarda zeytun yağını təmiz bir qabda qaynatmadan qızdırın. Daha sonra otaq temperaturunda soyudun. Sonra alma sirkəsində olduğu kimi qulağınıza bir neçə damcı damcıladın. Zeytun yağı toxumaların hərarətini aşağı salaraq qulağın yaxşılaşmasını təmin edir və sağalma prosesini sürətləndirir.
3. Sarımsaq
Sarımsaq antibiotik xüsusiyyətləri sayəsində bir çox infeksiyanın müalicəsində istifadə edilir. O cümlədən, qulaq infeksiyalarını da sağaldır. Sarımsaq yağı da qulaq damcısı kimi istifadə edilir. Yağı yoxdursa, iki hissəyə böldüyünüz bir diş böyük sarımsağı zeytun yağının içinə atıb zəif odda bir neçə dəqiqə qızdırın. Sonra otaq temperaturunda olan məhlulun içindəki sarımsaqları çıxarıb yağından qulaq damcısı kimi istifadə edin.
4. Hidrogen peroksid
Qulaq infeksiyaları, adətən, xarici amillərin təsiri ilə əmələ gəlsə də, qulaq içində yığılmış çirkdən də qaynaqlana bilər. Belə olan halda qulağı çirkdən təmizləyib ağrını sakitləşdirməyin ən yaxşı yolu hidrogen peroksidlə müalicəsidir. Hidrogen peroksidi hidrogen peroksidin ayrılmış halı olan oksigenli su ilə əvəz edə bilərsiniz. Oksigenli suyu qulağınıza damcılatdıqdan sonra bir neçə dəqiqə gözləyin. Sonra yana çevirib başınızı yelləyin və suyun axmasını təmin edin.
5. Evkalipt yağı
Evkalipt yağı da qulaq infeksiyaları üçün olduqca təsirli bitkidir. Ancaq mütləq zeytun yağı ilə birlikdə istifadə edilməlidir. 1 damcı evkalipt yağı və 3 damcı zeytun yağını qarışdırıb qızdırın. Otaq temperaturunda soyudandan sonra qulağınıza bir neçə damcı töküb gözləyin. Qulağınızın yavaş-yavaş rahatlaşdığını hiss edəcəksiniz.
saqlamheyat.az

Sağlamlıq     Baxılıb: 25853   Tarix: 25 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

makiyaj etmek qaydalari gözəllik məhsulları qadin dunyasi müxtəlif süni qidalar turşu resepti tutun faydalari kosmetika veten haqqinda atalar sozleri klitor ginekoloq nizami gəncəvi oğlan evine aid hakisda