Qulaq kiri necə yaranır və necə təmizlənir?

Qulaq kiri necə yaranır və necə təmizlənir?Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa, yanaşı olaraq baş gicəllənməsi, hətta baş ağrıları da olursa, bunun səbəbi qulaq kiri tıxacı ola bilər.
Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, tıxacın təmizlənməsi eşitmənin bərpası ilə bərabər digər əlamətlərin də aradan qalxmasına səbəb olur.
Qulaq kiri qulaq keçəcəyinin dərisindəki vəzlər tərəfindən ifraz olunan maddədir. Onun tərkibi bir qayda olaraq kükürd, toz hissəcikləri, ölmüş epitel hüceyrələri və dəri yağından təşkil olunur.
Qulaq kiri eşitmə orqanının normal fəaliyyəti üçün olduqca vacibdir, qulağın daxilinə bakteriya, virus, göbələk kimi mikroorqanizmlərin daxil olmasına əngəl olur, həmçinin ölmüş epitel hüceyrələrini xaric edir.
Normal halda qulaq kirinin artığı toplanmış toz və çirk hissəciklərilə birlikdə çeynəmə və udma hərəkətləri hesabına təbii şəkildə qulaqdan xaric olur. Patoloji hallarda qulaq kiri bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaradır.
Tıxacın yaranma səbəbləri:
- Vəzlərin fəaliyyəti və kir ifrazının artması;
- Qulaq keçəcəyinin anatomik olaraq dar olması və ya qıvrımlığı;
- Qulaq keçəcəyi dərisinin qulaq çöpləri, eşitmə aparatı və ya qulaqcıqla zədələnməsi;
- Otit və sinusit kimi keçirilmiş xəstəliklər;
- Mütəmadi olaraq tozlu şəraitdə fəaliyyət;
- Qulaq təmizləyərkən kirin təbil pərdəsinə doğru itələnməsi
Qulaq tıxacının təmizlənməsi üçün LOR həkimə müraciət edilməlidir. Təbil pərdənin tamlığı pozulmayanda, xəstə qulağında tıxacın varlığına əmin olanda, otit və ya başqa iltihabi xəstəlik keçirməyəndə və şəkərli diabeti olmayanda onu ev şəraitində də təmizləmək mümkündür.
Qulaq kirini təmizləmək üsulları
- Əvvəlcə qulaqdakı tıxacı yumşaltmaq lazımdır. Axşam yatmazdan qabaq qulaq keçəcəyinə dolana qədər ilıq qliserin və ya bitki yağı tökülür və pambıqla bağlanır. Səhərədək tıxac tam yumşalır, pambıq çıxarılır və qulaq keçəcəyinə 20 ml-lik şprislə hidrogen-peroksid (perekis) vurulur. İynə şprisə taxılmamalıdır. Məhlulla birlikdə tıxacın hissəcikləri də xaric olunur. Tıxac tam xaric olmadıqda iki gündən sonra prosedur təkrarlana bilər. Əks halda həkimə üz tutmaq olar.
- Qulaq kirini yumşaltmaq üçün ilıq sarımsaq yağı istifadə oluna bilər. Onu hazırlamaq üçün 1 xörək qaşığı Fitooil Küncüt yağına xırda doğranmış və ya həvəngdəstədə əzilmiş yarım diş sarımsaq əlavə olunur, vam ocaqda sarımsaq hissəcikləri qızarana qədər qızdırılır. Yağ süzüldükdən sonra gündə üç dəfə 3-4 damcı qulağa damızdırılır.
Diqqət! Qulaq tıxacını qətiyyən saç sancağı, kibrit çöpü və ya başqa əşyalarla çıxarmaq olmaz! Onlar təbil pərdəsini və qulaq keçəcəyinin dərisini zədələyə bilər.
Maraqlı bilgilər
Göy balinalarda qulaq kiri həyat hadisələrini "qeydə alır". Həmin proses bir qədər ağac gövdəsindəki illik halqalara bənzəyir. Balinaların qulaq kiri qidalanma, ətraf mühitin çirklənmə dərəcəsi və hormonal dəyişikliklər barədə məlumat verir.

Sağlamlıq     Baxılıb: 2676   Tarix: 25 avqust 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

yemek reseptleri kosmetoloq gelinlikler aciq cinsi elaqe gün vurmanın əlamətləri agil haqqinda atalar sözləri nermin ibrahimova kosmetika kondom arxadan olmaq azərbaycan məsəllər rus dilin nece orenek