Qulaqlıqlardan mütəmadi istifadə nəyə səbəb olur?

Qulaqlıqlardan mütəmadi istifadə nəyə səbəb olur?Bu gün qulaqlıq istifadə etməyən şəxsə nadir rast gəlinir. Artıq insanların çoxu gündəlik həyatı qulaqlıqlarsız təsəvvür edə bilmir. Bəs qulaqlıqların nə kimi ziyanları var?
Milli.Az e-tibb.az-a istinadən bununla bağlı burun, boğaz, baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərovun məqaləsini təqdim edir:
Haradasa 25 il öncə şəhərdə öz-özü ilə danışan bir adama birtəhər baxardılar. İndi isə hər addımbaşı qulaqcıqda musiqi dinləyən, özbaşına danışıb gülən, blutuzlu qulaqcığı olan telefonla danışan "tineycer"ə rast gəlirik.
Qulaqcıqlar da hər tinbaşı, istənilən marketdə, metro çıxışında belə satılır. Bir manat ödə, nə qədər ürəyin istəyir dinlə. Gənclərin çoxu məhz musiqi dinləyir, bəzi insanlar xarici dil öyrənir, kimsə seriala baxır və dinləyir, kimsə də radiodan və audio formatında olan dərs vəsaitindən yararlanır. Heç musiqini dinləmək istəməsən belə, metronun, nəqliyyatın, şəhərin səs-küyündənsə, qulaqcığı taxıb istədiyinə qulaq asa bilərsən. Bir sözlə, qulaqcıq həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Qulaqcıqlardan mütəmadi və ya yanlış istifadə sağlamlığımıza zərər vurur daha dəqiq desəm eşitmə zəifliyinə gətirib çıxardır. Sağlamlığa daha çox ziyanı məhz daxili və ya vakuumlu qulaqcıqlar yetirir. Onlar kənar səs axınının qarşısını tam alır, səs şiddətini qulaq pərdəsinə yönəldirlər. Belə tip qulaqcıqdan istifadə 3-5 ilə insanda eşitmə qabiliyyətinin patoloji dəyişikliyinə yol aça bilər. Qulaqcıqdan gündə maksimum 1.5-2 saat yararlanmaq olar. Gecə yatağa girib qulaqcıqla yatmaq adətini birdəfəlik unutmaq gərəkdir. Qulaq kanalına girməyən qulaqcıqlara üstünlük vermək məsləhətdir.
Sağlamlığa dəyən zərərlə yanaşı qulaqcıq həm də insanları bir-birindən təcrid edən bir vasitədir. Kimsə daha digəri ilə ünsiyyət qurmaq istəmir, ya telefonla oynayır, ya da musiqi dinləyir.
Qulağı qulaqcıqdan qoruyaq gərək. Bunu mən dəqiq bilirəm, çünki həkim praktikamda qulaqcıqdan istifadə edib eşitmə qabiliyyəti zəifləyən onlarla insanı müalicə etmişəm. Hamıya da məsləhətim bu olub: saatlarla qulaqcıqda gəzib sağlamlığa zərər vurmaqdan çəkinin. Arada fasilə də yaxşıdır.
Hər bir işi qaydasında görün, onsuz da həyatımız asan deyil. Bir günün ləzzətinə görə sabah ala biləcəyiniz həzzi qurban verməyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1404   Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetika mehsullari həkim məsləhəti qadin dunyasi hicab bağlamaq hamiləlikdə qidalanma kokteyl paltarlari qara noqteler ucun uz maskalari kosmetika zencefil buga burcu eqreb cinsi elaqe novruz bayramina aid hakistalar