Qurudulmuş məhsullarda olan gizli təhlükə: Ən çox qaraciyəri zədələyir

Qurudulmuş məhsullarda olan gizli təhlükə: Ən çox qaraciyəri zədələyirQuru meyvələr, tərəvəzlər, çərəzlər, ədviyyatlar ilboyu istifadə olunsa da, onlara tələbat payız-qış mövsümündə daha da artır. Mütəxəssislər hesab edir ki, düzgün şərtlərlə, qaydalara uyğun qurudulmuş və saxlanılan meyvə-tərəvəzlər hətta təzələrdən də faydalı təsirlərə malikdir. Qurudulmuş meyvə və tərəvəzlər üçün ən böyük təhlükələrdən biri isə kif göbələyi olan aflatoksindir. Bu, gizli təhlükə hesab olunur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qidalanma mütəxəssisləri bu göbələyin bir çox xəstəliyə səbəb olduğunu söyləyirlər. Amma orqanizmə uzun müddətdə aflatoksin daxil olması daha çox qaraciyərin zədələnməsinə və qaraciyər xərçənginə səbəb olur.
Türkiyədən olan dietoloq Gözde Güzelcan insanları qurudulmuş meyvə və tərəvəzlərdə rast gəlinən bu göbələyə qarşı diqqətli olmağa çağırıb. Aflatoksin göbələklərinin bir çox xəstəliyə səbəb olduğunu ifadə edən mütəxəssis qeyd edib ki, kanserogen təsiri olan aflatoksin, hepatit, HİV kimi xəstəliklərə də səbəb olur. Bu göbələk immunitet sisteminə təsir edərək lazımlı vitamin və mineralların təsirlərinin azamasına da səbəb olur.
Mütəxəssis deyib ki, bayırda, açıq havada satılan quru məhsulların hansında bu göbələyin olduğunu bilmək mümkün deyil, bu səbəbdən həmin məhsulların mümkün qədər evdə qurudulması daha faydalı olar. Evdə qurudulan məhsulları isə quru yerdə, nəm olmayan mühitdə saxlamaq lazımdır ki, kiflənməsin.
Qeyd olunub ki, əncir, albalı, alma, gilas, eləcə də qurudulmuş pomidor, bibərdə aflatoksin olma ehtimalı daha yüksəkdir. Xüsusilə quru bibər aflatoksin riski çox olan ədviyyatdır.
Dietoloq açıq yerlərdə satılan qurudulmuş qidalardan çəkinmək lazım olduğunu deyib. Onun sözlərinə görə, etibarlı şirkətlərin qablaşdırılan məhsullarına üstünlük verilməlidir. Bu səbəbdən insanlar açıq satılan yox, qablaşdırılmış məhsulları almalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1489   Tarix: 28 noyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

donlar 2026 toy gecesi kosmetoloq intim məktəb qadın xəyanət vətən haqqında atalar sözləri tərəvəzlər kosmetika hakista hakışta qu quşu novruza aid hakisda baldiza aid hakisda