Quş qripinə yoluxmamaq üçün nə etməli?
Viruslu infeksiyaların müalicəsi və profilaktikası elmi mərkəzinin direktoru Georgi Vikulov quş qripinə yoluxmamaq üçün tövsiyələrini verib.
Milli.Az Sputnik-ə istinadən bildirir ki, mütəxəssis vurğulayıb ki, bu viruslu xəstəliyin alovlanması və epidemiyasının nəticələri yoluxanları arasında ölüm göstəricilərinin yüksək olmasından xəbər verir. Bu səbəbdən də təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək lazımdır.
"Səyahət zamanı, eləcə də ekzotik restoranlarda çiy quş əti və çiy yumurta yeməyin, çünki onlar qrip virusuna yoluxma mənbəyi ola bilər", - Vikulov deyib.
Vikulov həmçinin vəhşi quşların ətini yeməməyi də məsləhət görüb və əlavə edib ki, ovla məşğul olanların quş qripinə yoluxma riski yüksəkdir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi