Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı

Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandıAMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin əməkdaşlarının gəldiyi ilkin nəticələrə əsasən, Azərbaycanın aktiv vulkanlarından hesab edilən Şamaxıdakı Quşçu palçıq vulkanının püskürməsinin baş verməsi ətraf zonalarda artan seysmik aktivliyin rolu ilə bağlı ola bilər. Belə ki, dekabr ayının sonlarından başlayaraq Şamaxı-Qobustan rayonunda müxtəlif amplitudalı seysmik hadisələrin baş verməsi və belə tendensiyanın hələ də davam etməsi vulkanların fəaliyyətinə müsbət təsir göstərir.
Milli.Az bildirir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, sözügedən vulkanın püskürməsi güclü uğultu ilə başlayıb, tullantı məhsulları 50-60 m yüksəkliyə qalxıb. Püskürmənin alovsuz müşahidə edildiyi də bildirilir.
GGİ mütəxəssisləri müəyyənləşdiriblər ki, sayca 16-cı dəfə paroksizmi qeydə alınan vulkanın son yüz il ərzində heç bir aktivliyi müşahidə olunmayan şimal eruptiv mərkəzində təzahür edib. Son dövrlər, o cümlədən 2018-2019-cu illərdə ardıcıl ənənəvi püskürməsi qeydə alınan cənub aktiv zona ilə 700 m məsafədə yerləşən yeni aktivləşən sahədə yer səthinə xaric edilən palçıq axınlarının əhatəsi 3 ha ərazini tutur. 0,9 m orta qalınlıqlı yeni brekçiyanın vulkan üzrə ümumi həcmi 27000 kubmetr hesablanıb. Şöbə əməkdaşlarının tədqiqatlarının nəticəsinə görə, əmələ gəlmiş iki əsas axın dilləri təxminən 100 m-dən bir qədər az ərazini tutur ki, onların istiqamətləri cənub-qərbə və şimal-qərbə yönəlib. Yer səthinə gətirilən brekçiyanın nisbətən qatı olması palçıq kütləsinin daha böyük ərazilər boyu paylanmasını məhdudlaşdırıb, relyef üzrə mailliyi az olan sahələrdə, o cümlədən vulkanın şərq hissəsində daha böyük qalınlıqla (bəzən 1,5 m-ə çatan) müşahidə olunmasına şərait yaradıb. Bununla bağlı qərb cinahlarda, axın dilləri ərazisində minimal qalınlıqlar (0,4-0,6 m) qeydə alınıb. Püskürmə nəticəsində aktivləşən eruptiv mərkəzdən cənuba doğru, daha aktiv hesab olunan, eləcə də son illər ərzində tez-tez püskürən və kəndə yaxın məsafədə yerləşən Quşçunun cənub eruptiv sahəsinə meyilli tektonik çatlar müşahidə edilib. Dərinliyi və eni çox da böyük olmayan belə çatların yüzlərlə metr davam etməsi izlənilib. Vulkanın şərq hissəsini əhatə edən krater bəndi sahəsində gölməçə formalaşıb və həmin sulu sahədə intensiv qaz qabarcıqları müşahidə olunub. Ümumilikdə şərq krater bəndi sahəsindən eruptiv mərkəzə doğru formalaşmış çatlı əmələgəlmələrdən qaz buxarlarının intensiv xaric olunması diqqəti cəlb edib.
Məlumat üçün qeyd edək ki, Quşçunun yeni püskürməsi baş verən eruptiv zonası rayonun bir neçə mülkiyyətçisinin təsərrüfat sahəsini əhatə edir. Həmin zonada əkin işləri həyata keçirən mülkiyyətçilər burada aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatlı olmayıblar.
Hazırda şöbə əməkdaşları son ayda müşahidə olunan aktivləşmə ilə yanaşı, püskürmə sahəsindən gətirilən yanar şistli süxurların və neftli qumdaşlarının tədqiqini davam etdirirlər.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 4318   Tarix: 26 yanvar 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq