Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqında

Ramazan ayının əvəzolunmaz təamı - Xurma haqqındaXurma bir çox vitamin və mineralları özündə cəmləşdirir. Bu meyvədə yağ, kalsium, dəmir, potasium, fosfor, maqnezium və s. tərkibləri özündə birləşdirir. Mütəxəssislərin fikrincə, gündə ən az bir dənə xurma yemək sağlamlıq üçün əhəmiyyətlidir. Dinimizdə də xurma yeməyin faydaları haqda çoxlu hədislər nəql edilmişdir. Hz. Əli (ə) buyurub: "Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır".

Xanim.az deyerler.org-a istinadən bildirir ki, eyni zamanda mütəxəssislər qeyd edir ki, xurma yemək bağırsaq problemlərinə, zəifliyə, ürək xəstəliklərinə və mədə xərçənginə və s. faydalıdır. İmam Sadiq (ə) bu haqda buyurub: "Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır".

Xurma yemək xüsusilə Ramazan ayında iftar açmaq üçün tövsiyə edilir. İftarı xurma ilə açmaq insana toxluq verərək həddən artıq çox yeməyin qarşısını alır. Bu da mədənin birdən-birə qidala ilə yüklənməsinin qarşısını alır. 100 qram xurmada 70 qram karbohidrat var. Karbohidrat beyni qlükoza ilə təmin edir və başağrının qarşısını alır. Bütün bunlardan başqa xurmanın aşağıdakı xeyirləri vardır:

Dərinin yaşlanmasının qarşısını alır, dəmir tərkibi ilə qan azlığını aradan aparır, B1, B2 vitaminlərini bir yerdə əhatə etməsi qaraciyəri qüvvətləndirir, boğaz ağrısı və öskürəyə xeyirlidir, ürək-damar xəstəliklərinə faydalıdır, sümük xəstəlikləri və s. üçün faydası danılmazdır. Oruc xurma ilə açıldığı halda orucdan qaynaqlanan halsızlıq bu meyvənin tərkibinin zənginliyi sayəsində dərhal aradan gedir.

Ümumilikdə, xurma təkcə Ramazan ayında oruc açmaq üçün deyil, hər gün qəbul edilməsi tövsiyə ediləndir.deyerler.org

Mətbəx     Baxılıb: 3329   Tarix: 31 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

gelinlikler geymler 2026 həkim məsləhəti dünya mətbəxi cavanlaşdırıcı maskalar qadin dunyasi 2026 tərəvəzlər kosmetika bürclər uşaq şeirləri xlor lekesi faydalı məsləhətlər lakonizm