Ramazandan sonra qidalanma necə olmalıdır? - Yol verdiyimiz səhvlər

Ramazandan sonra qidalanma necə olmalıdır? - Yol verdiyimiz səhvlərRamazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır.
Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz. Mütəxəssislər də oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə düzgün qidalanmağı məsləhət görür.
Milli.Az medicina.az-a istinadən bəslənmə uzmanı Huma Karabulutun oruc tutan insanlar üçün hazırladığı qızıl qaydaları təqdim edir:
1. Günə sağlam bir səhər yeməyi ilə başlayın.
Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün yumurta, pendir, qaynadılmış tərəvəz ilə günə başlaya bilərsiniz. Bundan əlavə, yulaf, süd, meyvə, qoz ilə başlayan yüngül səhər yeməyi orqanizmə müsbət təsir göstərir.
2. Gün içərisində qəbul edəcəyiniz qidanın qan şəkərinizin normada saxlamasına diqqət edin.
Meyvə, süd məhsulları və ya qoz-fındıqla hazırlanmış balanslaşdırılmış qəlyanaltılar Ramazanda yavaşlayan metabolizmanı sürətləndirməyə kömək edəcəkdir.
3. Yağ və şəkər qəbulunu azaldın
Şəkərli şirniyyatlardansa, süddən hazırlanmış qidalara üstünlük verin. Şirniyyat demək karbohidrat deməkdir. Bu da çox yüksək enerji istehlakıdır. Qəbul etdiyimiz şirniyyat məhsulları bədənimizdə yağ kimi toplanır, insulin mübadiləsini, həmçinin qaraciyərə, mədə və bağırsaqlara ziyan verir. Bütün bunları nəzərə alaraq şirniyyat yemə vərdişini məhdudlaşdırmaqda fayda var.
Ətli və ağır xəmir yeməklərindənsə, tərəvəzlərdən hazırlanmış xörəklərlə qidalanılmalıdır. Tərəvəzli yeməklər həzm sistemini rahatladır. Liflə zəngin qidalar da yavaşlayan maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Bol xiyar, təzə və quru meyvələr, zeytun yağı ilə hazırlanan tərəvəzlər, şorbalar günlük lif qəbulunu tənzimləyir, bağırsaq və həzm sistemini rahatladır, qəbzliyin qarşısını alır.
4. Bol su için
Ramazan ayı boyunca su az istifadə edildiyi üçün orqanizmin su ehtiyacı artır. Hər saat 1 stəkan su içərək maddələr mübadiləsini və bədənin su ehtiyacını normaya sala bilərsiniz. Gün ərzində 3 litr su içmək lazımdır.
5. İdman etməyi unutmayın
Ramazan ayı boyunca alınan kilolardan isə gündə 30 dəqiqə yürüş və idman hərəkətləri edərək xilas ola bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1496   Tarix: 19 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

kosmetik vasiteler geyim necə seçməli qadın geyimi tort reseptləri normal yuxu praktik məsləhətlər moruğun faydasi kosmetika novruz bayrami hakisda xanım az baldiza aid rus dilin nece orenek webnem tovuzlu