Ramiz Novruzun övladları arasında qalmaqal: "Düşmənim qardaşımdır

Ramiz Novruzun övladları arasında qalmaqal: "Qardaşımın keçmiş həyat yoldaşı Əzizə və bacım Şəfəq arasında qalmaqal yaranıb. Keçmiş gəlinimiz bacım haqqında polis bölməsinə müraciət etməyə hazırlaşırdı".
Bu fikirləri Oxu.Az-a mərhum xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz deyib.
O bildirib ki, bacısı Şəfəq Novruz sosial şəbəkələrdə ailədaxili söz-söhbətləri ictimailəşdirərək, səhvə yol verib.
"Şəfəq dəfələrlə paylaşım etdi, məsələnin bağlanmasına imkan vermədi. Əzizə polis bölməsinin qarşısına gedəndə mənə zəng etmişdi, Lənkəranda səfərdə idim, ona bildirdim ki, sakitləşsin, söz-söhbət böyüməsin. Niyyətim sadəcə keçmiş gəlinimizi fikrindən daşındırmaq, ailəmizin adını, birliyini qorumaq idi. O isə mənim səsimi qeyd edərək, öz lehinə istifadə etməyə çalışıb. Bundan sonra Şəfəqlə də aramızda inciklik yarandı, bacım keçmiş gəlinimizi guya müdafiə etdiyimi düşünüb. Halbuki mən kimin günahkar olduğunu çox yaxşı bilirəm. Əzizənin səhvləri var, bunu hamımız yaxşı bilirik, amma qardaşımın övladlarını da düşünməliyik, onların gələcəyi vacibdir. Özü həssas dönəmdədir, mənəvi çöküb, artıq məsələnin bu qədər böyüməsini həzm edə bilmir. Belə məqamlarda kimsə daha müdrik davranmalıdır ki, hər iki tərəf sakitləşsin, Əzizənin başqa səhvlərinin də üstü açılmasın, söz-söhbət uşaqlara da mənfi təsir etməsin". 
Cavidan Novruz onu da bildirib ki, Şəfəq Novruz atasının vəfatından sonra psixoloji gərginlik içərisindədir:
"Biz ona çox yalvardıq ki, ailədaxili məsələləri ictimailəşdirməsin, sosial şəbəkələrdə paylaşıb, daha da böyütməsin. Amma o bizi dinləmədi. Hər birimiz onun yanında olmağa çalışdıq, bizə qapını belə açmadı. Məni isə son məqamdan sonra, ümumiyyətlə, görmək istəmir. Bundan sonra nə deyə bilərəm.
Allah Əzizəyə də kömək olsun, ümid edirəm, bundan sonrakı addımlarını düzgün atar".
Qeyd edək ki, mərhum xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq Novruz özünün sosial şəbəkə hesabında qardaşı Cavidan Novruz haqqında "bundan sonra düşmənimdir" şəklində paylaşım edib. / azxeber.com

Şou Biznes     Baxılıb: 2240   Tarix: 17 dekabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

.

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Məşhurlar artıq yalnız kino, musiqi və ya televiziya layihələrindən qazanc əldə etmirlər. Onların bir çoxu öz adını ayrıca brendə çevirərək kosmetika, geyim, içki, enerji içkiləri və hətta rəqəmsal aktivlərdən milyonlarl

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

.

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

turlar.az

qadin dunyasi kosmetika mehsullari geyim şəkilləri dolu xanimlar ucun donlar kətələr vətən haqqında atalar sözləri vətən haqqında bayatı kosmetika burcler birlik haqqinda hüzeyir hacibəyov novruz pomidor