Regenerasiya
Zədələnmiş toxumaların və bədənin ayrı-ayrı hissələrinin bərpa olunması regenerasiya adlanır. Regenerasiya bütün canlılar üçün xarakterik olan xüsusiyyətdir. Onun 3 növü mövcuddur:
- fizioloji
- reparativ
- patoloji.
Fizioloji regenerasiya dedikdə orqanizmin hüceyrə və toxumalarının normal həyat boyu yenilənməsi nəzərdə tutulur. Həyatı boyu orqanizmin bütün toxumaları fizioloji regenerasiyaya uğrayır. Məsələn, qanda olan hüceyrələr müəyyən həyat dövrü keçdikdən sonra qocalır və parçalanır, lakin sümük iliyində yeni qan hüceyrələrinin yaranması sayəsində qanın hüceyrəvi tərkibi mühafizə olunur. Dərinin epitel örtüyündə tədricən buynuzlaşma prosesi gedir və səthi hüceyrələr tələf olub orqanizmdən ayrılır. Bu hüceyrələrin bölünməsi və yenilənməsi regenerasiya sayəsində baş verir.
Reparativ regenerasiya toxuma və hüceyrələrin zədələnməsi ilə müşahidə olunan patoloji proseslər zamanı baş verir. Peporativ regenerasiya patoloji proseslərlə əlaqədar olduğuna görə fizioloji regenerasiyadan morfologiyasına görə fərqlənir. Belə ki, reporativ regenerasiyada zədələnmiş toxumanın yarısı tam bərpa olunur, yarısı isə çapıq toxuma ilə əvəz olunur.
Patoloji regenerasiya adı altında baş verən proses təhrif olunmuş formada inkişaf edir. Belə ki, bu regenerasiyanın təhrif olunmuş forması sayıla bilər. Bunlara hiperregenerasiya, hiporegenerasiya və metaplaziya aiddir. Bu zaman zədələnmiş nahiyədə əmələ gələn yeni toxuma ya həddindən artıq miqdarda, ya da həddindən az miqdarda çağıq toxumalarla əvəz olunur. Belə çapıqlara keloid çapıqlar deyilir.
Regenerasiyanın baş vermə sürəti və keyfiyyəti endogen və ekzogen amillərdən asılıdır. Bu prosesin baş verməsində bir çox amillərin də rolu böyükdür. Bunlara aiddir:
- orqanizmin yaşı
- sinir sisteminin funksional halı
- endokrin sistem
- qan və limfa dövranının vəziyyəti
- patoloji prosesin xarakteri.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir