Rəqsanənin eks sevgilisi haqqında ŞOK! İki qızı zorlayıb və... - FOTO
İki qızı oğurlayaraq zorlamaqda təqsirləndirilənlər - Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovann barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Xanim.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan S. M. və Ş.B-ni oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Zamində olan Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Sona Kərimova isə 2700 manat cərimələnib.
Dəstə üzvləri hökmdən apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə ilkin baxış iclası keçirilib. Növbəti iclas mayın 8-nə təyin edilib.
Xatırladaq ki, mətbuatda dəfələrlə Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu qeyd olunub.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın