Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK

Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİKTexnologiyanın işıq sürəti ilə uçduğu bir dövrdə alimləri bir məqam maraqlandırır. Robotu sevib, onunla ailə qurmaq mümkündürmü? Bir sıra mütəxəssislər robotlara cinsi meyllilik duyan insanları rəqəmseksuallar adlandırmağı təklif edirlər.

Artıq Asiya və Avropanın bır sıra ölkəsində süni intellekt və yüksək texnologiya nümunələri insanların intim sahəsinə ayaq açıb.

Amerikalı mütxəssislər Mark Houlfider və Yozef Reyzin qəribə bir sual ətrafında araşdırma aparmağa qərar verirlər. Robotla nikah hansı halda doğru sayıla bilər? Sualın bir məntiqli cavabı var. İnsanlar robotları şəxsiyyət kimi qəbul edə biləcəklər, yoxsa yox. Bu yalnız bir halda baş verə bilər ki, robot sosial məsuliyyəti öz üzərinə götürüb, qanunlara tabe olsun. Məsələn, Angela Mari Vogelin korporasiya ilə qısamüddətli nikahı buna misal ola bilər.

Publika.az xəbər verir ki, yeni eranın nikahları üçün hər iki tərəfin razılığı mütləqdir. Bundan əlavə robotlar cəmiyyət tərəfindən şəxsiyyət kimi qəbul edilməli və nikah müqaviləsini tam dərk etməlidir. Lakin bir sıra fəlsəfi suallar meydana çıxır. Süni intellekt nikahın hüquqi qanunlara tabe olan dərin mənasını dərk edə bilərmi? Alimlər düşünürlər ki, bu nikahlardan heç kimə zərər gəlməyəcəksə, niyə də baş tutmasın.

Süni intellekt üzrə mütəxəssis, kompüter şahmatının yaradıcısı Devid Levi 2007-ci ildə işıq üzü görən "Robotlarla məhəbbət və seks" kitabında təxmin edir ki, bu tərz nikahlar 2050-ci ildə gerçəkləşə bilər.

Xatırladaq ki, 2016-cı ildə Lili adlı fransız qadın robota ərə getmək istəyini dilə gətirmişdi. Onun seçimi 3D printerdə çap etdirdiyi İnMoovator robotu olmuşdu.

Bir il sonra isə çinli süni intellekt mütəxəssisi Tzyatzya Çjenyu robotla qeyri-rəsmi nikaha daxil oldu. Medianın yaydığı məlumata görə, gənc alim uzun müddət evlənmək üçün özünə uyğun qız tapa bilmir və ailəsinin təzyiqi onu bu addıma sürükləyir. Gülməli də olsa, Çjenyu ilə robot xanımının toy mərasimi baş tutur. Anası və dostları da onun xoş günündə iştirak edirlər.

2017-ci ildə "Məsuliyyətli robot-texnikasına dəstək" adlı qeyri-kommersiya fondunun əməkdaşları Londondakı Elmi Tibbi Mərkəzdə "Bizim robotlarla seksual gələcəyimiz" adı məruzə təqdim edirlər. Bu sahənin alimlərindən alınan rəylərə görə, artıq yaxın gələcəkdə intim münasibət üçün robotlar ixtira olunacaq və bu hal cəmiyyətin həyatına əsaslı təsir edəcək.

Bir çoxları düşünür ki, seks-robotların icadı sosial izolyasiyaya səbəb olacaq. Bir sıra alimlərsə əksini iddia edirlər. Onların fikrincə tənha insanların sayı azalacaq.

Hələliksə insanabənzər robotların inkişafı arzu olunan səviyyədə deyil. Lakin texnologiya onlarla romantik və intim münasibətlərin imitasiyasının mümkünlüyünü bildirir. Bu həmçinin seks xidməti bazarında da dəyişikliyə səbəb olacaq. Asiya və Avropanın bir sıra şəhərlərində artıq robotlardan ibarət seks məkanları fəaliyyətə başlayıb. Bu həmçinin bir sıra cinsi problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Seksoloqlar hesab edirlər ki, robotlar insanların ən qaranlıq seksual istəklərini də həyata keçirəcəklər.

Bu fakt isə cəmiyyətdə növbəti narahatlığa yol aça bilər. Məsələn ilk seksual təcrübəsi robotla baş tutan insanın psixikasında baş verən dəyişikliyi təsəvvür edirsinizmi?

Bu halda insan özünü gerçək seks partnyoru ilə idarə edə biləcəkmi?

2015-ci ildə yaradılmış " Seks-robotlara qarşı hərəkat" təşkilatının üzvləri buna bənzər robotların ixtirasında etik normaların gözlənilməsini tələb edirlər. Onlar hesab edirlər ki, seks-robotların istehsalı zorakılığın, psixi pozuntuların sayını artıra bilər.

Xəbərlər     Baxılıb: 2017   Tarix: 07 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qis geyimləri 2026 kosmetika mehsullari qadin sayti qadın geyim və aksessuar yay paltarlari hakışta xınayaxdı maraqli toy ideyalari kosmetika bayati porno baldıza aid hakışta hakışta hakista sozler