Ruhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasında

Ruhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaİşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə Türkiyədə "Liatris Yapım" şirkətinin ərsəyə gətirdiyi və məşhur aktyor Onur Tuna ilə aktrisa Tuvana Türkayın rol aldığı "Ağır Romantik" filmi növbəti dəfə qardaş ölkənin mediasında gündəm olub.
Open.az xəbər verir ki, bundan öncə İstanbulun mərkəzi küçələrindən birində filmin baş qəhrəmanı olan Onur Tunanın silahla atəş açmaq səhnəsindən yazan Türkiyə mediası bu dəfə ekran işində yer alan evlilik təklifi haqda məqalələr yayımlayıb. Sözügedən səhnədə O.Tuna həmkarı Tuvana Türkaya 100 min gül ləçəyi ilə evlilik təklif edib. "Milliyet.com", "CNN Türk", "Akşam", "Haberglobal", "Haberler", "Posta", "Takvim" kimi Türkiyənin məşhur saytları filmin romantik səhnələrlə yaddaşlara həkk olunacağını iddia edib. Məlumat üçün bildirək ki, "Ağır Romantik" Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində "CinemaPlus" kinoteatrlar şəbəkəsində yayımlanacaq.
Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-si İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. Qeyd edək ki, "Ağır Romantik"də Altan Erkekli, Gazanfer Gündüz, Semra Dinçer, Servet Pandur, Durul Bazan və Sermiyan Midyat kimi məşhur simalar da rol alıb.
Ruhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaRuhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaRuhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaRuhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaRuhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasındaRuhi Əliyevanın "Ağır Romantik" filmi - Türk mediasında

Şou Biznes     Baxılıb: 2445   Tarix: 08 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 46 yaşında vəfat etdi

"Looney Tunes" cizgi filminin "Bugs Bunny" və "Daffy Duck" kimi məşhur personajlarını səsləndirən, "Emmy" mükafatlı aktyor Erik Bauza 46 yaşında vəfat edib. xarici mətbuata istinadə

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Nev vəfat etdi

Türkiyəli məşhur müğənni Nevzat Doğansoy (Nev) vəfat edib. Bu haqda xəbəri sənətçinin meneceri İlker Ercan açıqlayıb. 57 yaşlı sənətçi qaraciyər xəstəliyinə görə müalicə alırdı. Qeyd edək ki, Nev 200-ci illərdə iz qoymu

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları geyim necə seçməli sharlotka resepti sidik yolu infeksiyalari bürclər paltar olmaq kosmetika ginekoloq üzeyir hacıbəyli maya maskasi rus dilini öyrənək 2 ci dərs novruza aid