Rütubətli və nəm evlərdə uşaqlar daha çox öskürür - Pediatr

Rütubətli və nəm evlərdə uşaqlar daha çox öskürür - PediatrQış fəsli yaxınlaşır və təəssüf ki, bu aylarda evlərdə rütubət "görünməyə" başlayıb.
Milli.Az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bu barədə bildirib.
Rütubətli mühit allergik uşaqlarda öskürək şikayətlərinin ciddi artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, evin ən uzaq nöqtəsində belə rütubət varsa, uşaq həmin otaqdan ən uzaq nöqtədə olsa belə, yenə də rütubət ona təsir edəcək.
Bu aylarda edilən səhvlərdən biri də evdəki rütubətdən asılı olmayaraq evdə buxar maşını istifadə etmək, evin içində paltar qurutmaq və otağı çox isitməkdir. Çünki rütubət nisbətinə baxmadan bu şəkildə evi nəmli bir mühitə çevirmək uşağa fayda yox, zərər verəcək:
"Evin rütubəti 45-60% səviyyəsində saxlanılmalıdır. Termometr isə hər bir evdə olmalı, otaqda temperatur 22 dərəcədən çox olmamalıdır. 60%-dən yuxarı nəmlik evi rütubətli hala gətirir və uşaqlarda allergik şikayətləri artırır. Evdəki rütubəti aradan qalmazsa, uşağın şikayətləri təkrarlanacaq, burun tıxanıqlığı və astma xəstəliyi qaçılmaz olacaq".
Həkim əlavə edib ki, uşaqda gecə öskürəkləri, 2 həftədən artıq öskürək, davamlı burun axıntısı, təkrarlanan temperatur olursa, gecələr ağız açıq yatmaq və xoruldamaq kimi hallar varsa və tez-tez bronxiolit, bronxit və otit olursa, adeonid əməliyyatı keçirmişsə, pediatr tərəfindən hər ay müayinə edilməlidir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1171   Tarix: 14 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

qaşların formalari gozel gorunmek qis geyimləri 2026 qadın alt paltarları baliq qulagi el isleri ədəbiyyat testləri meslehetler kosmetika salatlar xerçeng sağlıq uzeyir hacibeyli öpüşme