Saç tökülməsinə qarşı əla çözüm :Nar qabığı

Saç tökülməsinə qarşı əla çözüm :Nar qabığıNarın tərkibində zəngin kalium, fosfor, kalsium, natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində, biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar.
Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur.
Nar ürək qan-damar sistemini qüvvətləndirir, ürək əzələsinin vurma gücünü artırır.

İbn Sina demişdir: əgər böyrəklərinizdə iltihab varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin.

Nar ishalın qarşısını alır.

Diş əti qanamalarında, ağız yaralarında, anginalarda, ağızdan iy gəlmələrdə nar qabığını və ya nar çiçəyini 5 dəqiqə suda qaynadın qarqara edin.

Əgər babasil düyünləri ağrı verirsə və tez-tez qanayırsa, nar şirəsini qaynadaraq yarısını buxarlandırın yarısı qalanda bir o qədər alma sirkəsi əlavə edib daha 5 dəqiqə qaynadın və bunu babasil üzərinə kompres edin, tez bir zamanda babasil keçəcəkdir.

Nar çox yaxşı qurdqovucudur.

Keçəlliyin müalicəsində zeytun yağının içinə nar dənələri töküb qaynadın, süzün, gündə 3 dəfə keçəl nahiyələrə sürtün.

Öskürək zamanı şirin nar bol yeyin, şirin nar öskürəyi kəsər, ağciyərləri təmizləyər. Turş nar isə ürəkbulanmanı götürər, sidikqovucu təsir edər, mədə və qida borusundan qaynaqlanan ağızdan gələn iylərin qarşısını alar.

Öd durğunluğu zamanı turş nar yemək faydalıdır.

1 ədəd orta ölçülü narın şirəsini çəkin, bir o qədər balla qarışdırıb 5 dəqiqə qaynadın, alınan qarışımı sağalmaz ağız və damaq yaralarının üstünə çəkin. Bu qarışımı dırnaq dibinin iltihabı zamanı şişmiş yerin üzərinə çəkəndə iltihab sorulur.

Nar yüksək xolesterini aşağı salır, damarların içini təmizləyir, beyin qan-dövranını yaxşılaşdırır, yaddaşı və hafizəni gücləndirir, qanı durulaşdırır, tez-tez ürək döyüntülərini normallaşdırır.

Nar qabığını suda 5 dəqiqə qaynadın, bir az bal əlavə edib bağırsaqdakı yaraları (koliti) müalicə edə bilərsiniz və bu qarışım çox güclü ishalkəsicidir.

Şirin nar qabığını qurudun, kofemolkoda üyüdüb toz halına salın, sulu yaralar zamanı yaranın üzərinə tökən zaman yaralar həm sulanmır, həm də tez sağalır. Bu tozu zeytun yağı ilə qarışdırıb yaraların üzərinə vura bilərsiniz.

Saç ağarmasının qarşısını almaq üçün 1 xörək qaşığı turş nar qabığı tozu, 1 çay qaşığı mixək tozu, 100 qram rafinə olmamış zeytun yağına qarışdırıb gündə 1 dəfə başınıza vurun, 3 saatdan sonra yuyun.

Nar suyu ilə sirkəni qarışdırıb qaynadın, bununla sızanaqları müalicə edə bilərsiniz.

Çalışın narın şirəsini yox özünü yeyin, çünki nar şirəsi çox büzüşdürücü xassəyə malik olduğundan qəbizlik verə bilər, özünü yeyən zaman isə tumları qəbizliyin qarşısını alır. Turş nar şəkər xəstələrinin istifadə edə biləcəyi ən yaxşı meyvədir. (Fizulihuseynov.com)

Mətbəx     Baxılıb: 9167   Tarix: 26 oktyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu