Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur – FOTO

Saçı tökülənlərin nəzərinə: əsas səbəb budur – FOTOMüasir dövrdə tez-tez rastlanan xəstəliklərdən biri də saç tökülmələridir. Təəssüf ki, saçı həddən artıq tökülən insanlar buna əhəmiyyət vermir, bunu heç xəstəlik də saymırlar. "Şampunumu dəyişmişəm", "dietadayam" kimi səbəblərlə əlaqədar olduğunu düşünür və tezliklə keçib gedəcəyinə inanırlar. Halbuki saç tökülmələri orqanizmdə çox ciddi durumlardan xəbər verir. Və sonda dazlaşma, keçəlləşməyə gətirib çıxara bilər.

Keçəllik isə insanların xarici görünüşü ilə bağlı olduğuna görə çoxlarını narahat edir.

Azərbaycan Tibb Universitetinin Dermotovenerologiya kafedrasının dosenti Elşad Novruzov bildirib ki, xüsusilə xanımlarda saç tökülmələri daha çox stresslə əlaqədardır:

"Keçəllik – elmi dildə alopesiya adlanır və tüklərin patoloji fakültəsidir. Bu xəstəliyin çapıqlı və çapıqsız növləri ayırd olunur. Çapıqlı alopesiya – dərinin iltihablaşması, atrofiyası və ya çapıqlaşması nəticəsində tük follikullarının dağılması ilə yekunlaşır.

Çapıqsız alopesiya əvvəlcə dərinin zədələnmələri olmadan da inkişaf edir və onun özünün də bir neçə növü müəyyən olunur. Məsələn, "ocaqlı alopesiya" – xroniki dermatozdur. Tük follikullarına olan müxtəlif təsirlər nəticəsində tüklərin patoloji tökülməsi baş verir. Başın tüklü hissəsində, saqqal nahiyəsində, qaşlarda, kirpiklərdə və bədəndə tüklərin tamamilə olmaması ilə nəzərə çarpan ocaqların yaranması ilə təzahür edir".

Həkimin sözlərinə görə, ocaqlı alopesiyanın etiologiyası dəqiq öyrənilməyib. Ocaqlı alopesiya zamanı dırnaqların böyüməsi də pozulur. Histoloji müayinələr zamanı isə sağlam görünən dəridə müəyyən dəyişikliklər aşkar edilir. Deməli, keçəllik – yalnız tük follikullarının məhdud xəstəliyi deyil.

E.Novruzov qeyd edir ki, psixi stress faktoru ocaqlı alopesiyanın inkişafında və gedişində mühüm rol oynayır. Xəstələrin 85%-də tüklərin tökülməsinə məhz stress səbəb ola bilər. Lakin bu xəstəliyin etiologiyasında sink çatışmazlığı, sinir sisteminin fəaliyyətinin pozulması, mədə-bağırsaq yolunun pozğunluqları, bakterial agentlərə qarşı həssaslıq, mikrosirkulyator axındakı pozğunluqların rolu ola bilər.

Ocaqlı alopesiyanın 5 tipi ayırd olunur. Adi tipə 20-40 yaşlı insanlarda rast gəlinir. Prehipertenziv tip gənclərdə yaranır, bu da sonradan yüksək qan təzyiqinin yaranmasına gətirib çıxarır. Atopik tip zamanı saç tökülmələri ilə yanaşı atopik dermatit, bronxial astma və digər atopik vəziyyətlər müşahidə olunur. Xəstəliyin qarışıq tipi isə çox vaxt yaşlı şəxslərdə (40 yaşdan yuxarı) müşahidə olunur.

Göründüyü kimi, saç tökülmələri xəstəliyi gənc yaşlardan başlayır. Odur ki, ilk baxışdan adi görünən saç tökülmələrinin qarşısını almaq üçün diqqətli olmaq, stressdən qorunmaq, düzgün qidalanmaq lazımdır. Sonradan keçəl olmamaq üçün vaxtında həkimə müraciət etmək də məsləhət görülür.( ailə. lent .az)

Xəbərlər     Baxılıb: 2014   Tarix: 18 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

turlar.az

yay kolleksiyasi toy makiyajlari qadin dunyasi ibrətamiz sözlər balqabağın faydaları gözəl geyimlər ilk tibbi yardım kosmetika usaq geyimleri xlor lekesi novruz bayramı layla salam