Saçınızın rəngini darçınla açın - ÜSUL
Qadinsayti.az saç rəngini açmağın ən təhlükəsiz üsulunu təqdim edir. Darçınlı qarışım sayəsində saçlarınız daha işıltılı, ipək kimi yumşaq və daha parlaq olacaq.
3 yemək qaşığı darçın, fincanın üçdə bir hissəsi qədər bal və kondisionerli saç kremini qarışdırın. Homogen qarışım yaratmaq üçün plastik qaşıqla hərtərəfli qarışdırın. Metal qab və qaşıq istifadə etməyin.
Saçınızı həmişəki saç şampununuzla yuyun. Saçlar bir az nəmini çəkəndən sonra önə atıb iri daraqla ayırın. Qarışımı hərtərəfli saçınıza yaxın. Çalışın qarışım dəriyə düşməsin, qızartı, allergiyaya səbəb ola bilər. Qarışımı saç dərisinə vurmayın.
Saçı sellofanla sarıyıb dəsmalla bükün. 30 dəqiqə sonra dəsmalı çıxarıb daha 3-4 saat gözləyin. 3-4 saat sonra saçlarınızı isti suyla yuyun. Saç rənginiz 2 ton daha açılacaq. Əgər daha da açıq olmasını istəyirsizsə, 3 yox, 4 yemək qaşığı darçından istifadə edin
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?