Saçlar niyə vaxtından tez ağarır?

Saçlar niyə vaxtından tez ağarır?Bir çox xanımlar saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər.
Bu həqiqətən belədirmi? Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Bəs  bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır? Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması  və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.
Saçın rəngi onun mərkəz hissəsi olan- beyin maddəsi ilə təyin olunur. Beyin maddəsinin tərkibi, melanisidlər - saç soğanaqlarında yaranan xüsusi hüceyrə olan az saylı piqment və qaz qabarcıqlarından ibarətdir. Piqmentin sayından asılı olaraq saçlar müxtəlif rəngdə olur: açıq, şabalıdı, kürən və qara. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarıcıqlarından ibarət olurlar.
Zamanla saçlarda piqmentlərin sayı azalır, qabarcıqları sayı isə artır. Piqmentlərin maksimal boyama vaxtı yetkin yaşlara təsadüf edir. Bu səbəbdən saçlar uşaq vaxtı daha açıq, yaşlandıqca isə ağarmaya doğru gedirlər. Piqmentlərin - kifayət qədər möhkəm olmağına baxmayaraq, onlar da ətrafdan olan təsirdən qısmən dağıla bilirlər. Məsələn: kimyəvi maddə( bu zaman saçların rəngi solur) və ya günəş radiasiyası( saçlar yanır) kimi hallarda.
Saçlar niyə tez ağarmağa başlayır?
Əksər hallarda bu problem genetik olaraq keçicidir. Bu kimi problemin sizdə nə zaman yaranmasını bilmək üçün, valideynlərinizə baxmanız kifayətdir. Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman sizdə də bu problem çox güman ki olacaq.
Bundan əlavə isə, vaxtından tez saçların ağarması irsi olmayan faktor və bir çox xəstəliklərilə əlaqəli ola bilər:
- Qalxanvarı vəzin disfunksiyası
- Vitiliqo (piqmentasiyanın pozulması)
- B12 vitamini çatışmazlığı
- Anemiya
- Stess və əsəb sarsıntısı
Stress, güclü qorxu və sinir sarsıntısı zamanı qana böyük miqdarda adrenalin hormonu atılır, o isə digər xüsusiyyətlərindən əlavə damarların yığılması effektini yaradır. Saç məməciyinin arteriyasının spazmı pozulur və nəticədə saç soğanaqlarının hüceyrələrinin qidalanması tamamən  pozulur. Bu vəziyyətdə boyama piqmentinin yaranması təmamilə dayana bilər. Lakin bu prosesi o zaman deyil,o saç töküləndən sonra  yenisi ilə əvəz olunduğu zaman müşahidə etmək mümkün olacaq.
Son zamanlar müasir vasitələrin artması ilə əlaqədar bu mövzuda da yenilik olan vasitələr peyda olmaqdadır. Lakin əgər bu problemin həlli tapılsa idi, o zaman planetimizdə ağarmış saçı olan insanlar olmazdı. Bu kimi problemin qarşısını yalnız sadaladığımız bir neçə xəstəliyin əlaməti olduğu zaman dərhal almaq olar. Digər hallarda bu proses qaçılmazdır...
Bu problemə bir başa aparan stress və  əsəb sarsıntılardan uzaq olmağa çalışın..
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1248   Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

hamiləlik qadin dunyasi geyim dəbləri kəpək baş ağrısı uşaqlara yemək hazırlama yeni dogulmus korpeye lazim olan esyalar kosmetika balıq faydalı məsləhətlər hakiwda dolca hakışta