Saçlara qulluğun 10 qızıl qaydası

Saçlara qulluğun 10 qızıl qaydası10 qızıl qayda ilə mükəmməliyə qapı aça bilərsiniz.

1. Saçların gözəlliyinə aparan 4 addım
Mən saçlarımı şampun ilə yuyuram, sonra isə kondisionerdən istifadə edirəm. Yuduqdan sonra mən həmişə yuyulmanı tələb etməyən sprey-qulluqdan istifadə edirəm. Əlavə qidalanma və mühafizəni təmin etmək üçün həftədə bir dəfə mütləq saçlarıma maska qoyuram. Bunlar mənim tətbiq etdiyim asan qaydalardır.

2. Düzgün dərəcə qaydası!
Saçlarınızı ilıq və ya bir qədər isti su ilə yaxalayın. Çox qaynar su saçlar üçün ziyandır. Saçlarınızı yaxşı yuyun ki, onlar "xışıldasın".

3. Maska – gündəlik
Həftədə bir dəfə yuyulmadan sonra nəm saçlarınıza qulluq üçün maska qoyun. Məhlulu saçın uzunluq boyu kökündən ucuna kimi daraq ilə yayın. 5 dəqiqədən sonra saçınızı yaxşı yuyun.

4. Tez-tez və az miqdarda saçınızı vurdurun
Saç düzümünüzü mütəmadi olaraq təzələsəniz (8-10 həftədən bir) saçlarınız daha gözəl olar. Saçınızı çox qısaltmağa ehtiyac yoxdur. Sadəcə olaraq, formanı saxlayın ki, saç düzümü səliqəli görünsün.

5. Nəm saçları zədələmək daha asandır
Nəm saçları heç vaxt daraqla daramayın. Düzüm etməkdən öncə saçları barmaqla və ya dişçikləri aralı olan daraqla hamar edin.

6. Sağlam bədən sağlam saçlar
Saçların yaxşı halda qalması üçün düzgün, daimi və müxtəlif qidalanma çox əhəmiyyətlidir. Onlar da dəri kimi balanslaşdırılmamış pəhrizə mənfi reaksiya verirlər.

7. Yayda xüsusi qulluq lazımdır
Günəş, dəniz və yayın digər xoş elementləri saçların sağlamlığını mənfi təsir də göstərə bilər. Ultrabənövşəyi şüalar və düzlü suyun təsirindən saçlar solur, parlaqlığı itirir və daha quru olur. Günəşə qarşı müdafiə edən filtrləri olan vasitələrdən mütləq istifadə edin. Sizə xüsusilə məsləhət görürük ki, yuyulmanı tələb etməyən və saçları qırılmadan qoruyan kondisionerdən istifadə edəsiniz. Orifleym şirkətindən "Ekspert Günəşə Qarşı Müdafiə" seriyası saçları ultrabənövşəyi şüalanmanın mənfi təsirindən müdafiə edəcək şampun, kondisioner və maskadan ibarətdir.

8. Süni qaralma qədərində olmalıdır!
Diqqətli olun! Çünki, günəş şüalarının təsirindən olduğu kimi, solyariumda da saçlar yanmış, solmuş, daha quru və zərif ola bilər.

9. Saçların və fırçaların növləri
Saçların düzülməsi üçün özünüzə fırça seçərkən, bilin ki, yumru fırça həcm vermək, massaj fırçası isə daranmanı asan etmək üçündür.

10. Yadda saxlayın ki, vacib olan NƏ QƏDƏR deyil…
…vacib olan saçlarınızı NECƏ daramağınızdır. Bunu səliqəli etmək lazımdır! Əgər saçlar çox dolaşdırılmışdırsa, əvvəl ucları darayın, sonra isə yuxarıya doğru keçin. Yuyulmanı tələb etməyən kondisionerlərin istifadəsi daramanı çox asan edir.

Gözəllik və Moda     Baxılıb: 3986   Tarix: 24 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

turlar.az

kosmetoloq gözəllik məhsulları kosmetik vasiteler uz derisine qulluq maskalari 1 yaşına qədər körpələrə qulluq toy gecəsi cəmiyyət kosmetika novruz bayrami kondom janrlar bayatı dolça