Saçların tökülməsinə son!

Saçların tökülməsinə son!Saçın tökülməsi problemi ilə bir çoxumuz üzləşirik. Əgər problem yaranıbsa artıq onu həll etmə haqda düşünmək mütləqdir. Çünki vaxtında görülməmiş tədbirlər sonra ağır nəticələrə səbəb ola bilər. Ona görə də ilk olaraq saçın tökülməsi səbəblərini araşdıraq.
Saçın tökülmə səbəbləri.
Saçın tökülmə səbəbi çoxdur. Ən xoşagəlməz məqam odur ki, onu aşkara çıxarmaq olduqca çətindir.

Stress – 2-3 həftə stressdən ötüb və siz artıq bu xoşagəlməz günləri arxada qoymusunuz. Saçlarınız isə indi tökülməyə başlayır.
Oral kontraseptivləri dəyişmisinizsə.
Genetik meyillilik. Valideynlərinizin saçlarına diqqət yetirin və maraqlanın ki, bu yaşda onlarda saç tökülməsi olubmu?!
Baş dərisindəki qan dövranı və saçların kökü zəifdir. Bu səbəbdən də kəpək yaranır. Bu zülal çatışmamazlığı ilə əlaqədardır.
Xarici faktorlar. Pis ekologiya və hava, kimyəvi buruqlar, fendən tez-tez istifadə və saça düzüm verən vasitələr.
İmmunitetin zəif olması.
Baş dərisindəki xəstəliklər. ( dermatit, seboreya və.s )
Narkozun qəbulu.

Düzgün olmayan qidalanma. Bu vitamin və mineral vasitələrin çatışmamazlığına səbəb olur (xüsusən də B5, B6, PP və C vitamini), mikroelementlərdən isə saçlar üçün maqnezium, dəmir, sink, kalsium və fosfor vacibdir.
Dava-dərman qəbulu və siqaret çəkmə. Vitamin və mineralların orqanizm tərəfindən mənimsənilməsində çətinliklər yaradır.
Kimyəvi üsulla (kimyaterapiya) müalicə.
Doğuş.
Saçlara qulluğun zəif olması (saça uyğun olmayan şampun, yaş saçların daranması və s.).
Saç problemləri ilə məşğul olan həkim trixoloq adlanır. Müayinədən və laboratoriya analizindən sonra o, müalicə təyin edir. Əgər saç tökülməsi daxili xəstəliklərlə bağlıdırsa o zaman ilk olaraq həmin xəstəliyi müalicə etmək lazımdır. Bahalı şampun və ya balzam köməyinizə çatmayacaq. Mütləq daxili problemi aradan götürməlisiniz.
Unutmayın ki, saçlarınızı xarici təsirlərdən də qorumalısınız.
Saç tökülməsinə qarşı xalq təbabəti.
Xalq təbabətində saç tökülməsini azalda biləcək maska və məhlulları ( hansılarki saç dibinə çəkilir və yuyulmur), kompressləri sadalamaq olar. Bir neçə resepti sizə təqdim edirik.

1.Gənəgərçək yağı və yumurta sarısıBir yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qatışdırıb quru, yuyulmamış saçlara çəkin. Kompress 40 dəqiqə sonra sabunla yuyulur. Proseduru ayda bir dəfə etmək olar.
2. Aloye
Kağıza bükülmüş aloye yarpaqları (yuyulmuş və qurudulmuş yarpaqlar) 12 sutka soyuducuda saxlanılır. Qaralmış yarpaqlar tullanılır, qalanları isə xırdalanır. Tənzifdən keçirilir və alınmış şirə baş dərisinə çəkilir. Yumağa ehtiyac yoxdur. Həftədə 1-2 dəfə etmək məsləhətdir.
3. Aloye və bal
Bir xörək qaşığı aloye şirəsi və bal, bir çay qaşığı gənəkərçək yağı qatışdırıb saçın dibinə sürtün. Yarım saat sonra yuyun. Bu maska quru saçlar üçün faydalıdır.
4. Alma
200 qram almanı xırdalayın və bir litr rom əlavə edin. Məhlul 3 gün qalmalıdır. Bundan sonra hər gün lasyon kimi saç diblərinə çəkilir. O, saçların uzadılması üçün faydalıdır.
5. Rozmarin, gicitkən şirəsi
Rozmarin məhlulu və təzə gicitkən şirəsi saç uzanmasına xeyirlidir.
6. Ağartı məhsulları
Bildiyimiz kimi ağartı məhsulları B vitamini ilə zəngindir, deməli onlar saçları uzadır. Məsələn həftədə bir dəfə qatıq maskası edə bilərsiniz.
Şampun seçən zaman " saç tökülməsinə qarşı" yazısından öncə tərkibinə fikir verin. Əgər şampunun tərkibində gənəkərçək, ayıpəncəsi yağı, həmçinin jojoba və avokado yağı varsa bu, saç diblərini möhkəmləndirir və saçları uzadır.

Gözəllik və Moda     Baxılıb: 19454   Tarix: 23 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

turlar.az

yay geyimləri 2026 qadin dunyasi hamiləlik zirincin faydasi klyos donlar 2026 turşu resepti baliq qulagi kosmetika namiq qaraçuxurlu bayati novruz bayramına aid bakışta vətən haqqında bayatılar vətənə aid bayatı